Bunu edənlər 3 il daha çox yaşaya bilər


Bütün günü oturanlar, işdən qayıdandan, yemək yeyəndən sonra hərəkətsiz qalanların nəzərinə:

bunu-edenler-3-il-daha-cox-yasaya-biler
11.02.2019 17:54 1 dəq oxuma

Gündə sadəcə 15 dəqiqə idman etməklə, orta hesabla 3 il daha artıq yaşaya biləcəyinizi bilirsiniz?

TurpKimi.com-un verdiyi məlumata görə, Tayvanda 400 min insan ilə 8 il müddətində aparılan araşdırma belə deməyə əsas verir.

Tayvan Milli Sağlamlıq Araşdırması İnstitutunun əməkdaşı Chi-Panq Venin sözlərinə görə, bir neçə idman hərəkəti daha sağlam həyat tərzinə kömək edir: "Gündə sadəcə 15 dəqiqə idman etməklə qadın-kişi, gənc-yaşlı, siqaret çəkən və çəkməyən, hətta yüksək risk qrupunda olanların belə həyatı daha sağlam ola bilər".

Araşdırmada iştirak edən insanlar 5 qrupa ayrılıblar. Onlar heç hərəkət etməyən, çox fəal olanlar olmaqla bir neçə qrupa bölünüblər. Təcrübə zamanı ən maraqlı nəticəni heç idman etməyən, sadəcə 15 dəqiqə aktiv hərəkətə vaxt ayıranlar göstəriblər. Belə hərəkətlər xərçəng riskini 10, ürək problemlərini isə 20 faiz azalda bilər. Bundan əlavə ən hərəkətli 3 qrupdakı ölümlərin səviyyəsi heç hərəkət etməyənlərlə müqayisədə 20,29 və 35 faiz daha az olub.

Vüsalə Əlövsətqızı, Turpkimi.com