Dəniz suyu yalnız ruhunuzu deyil, bədəninizi də yeniləyən möcüzəvi təbii vasitədir.
Dəniz suyunda çimmərkən suyun enerjisi bədənə keçir, orqanizmdə olan neqativ enerji isə suya keçir. Sinir sisteminizi rahatlaşdıran və enerjinizi yeniləyən bu təbii su eyni zamanda mənfi enerjilərdən təmizlənmənizə kömək edər.
Dəniz suyu ilə təmas edərkən həm fiziki, həm də mənəvi dincliyə qovuşmaq olur.
Hətta dəridəki sızanaqların çarəsi də dəniz suyudur.
Dəniz suyu iltihablı nahiyələrin sağalmasını tezləşdirir və sızanaqların qurumasına kömək edir. Xüsusilə dəri problemi yaşayanlar üçün dəniz suyu şəfaverici təbii müalicədir. Sinir sistemini sakitləşdirir, stressin azalmasında əhəmiyyətli rol oynayur.
Yay fəslində dənizin sonsuz faydasından yararlanmağı unutmayın.
Vüsalə Əlövsətqızı, TurpKimi.com