Bunu etməyin - paket çayı sıxsanız nə olar?


Sirri nədədir?

bunu-etmeyin
23.01.2023 23:30 2 dəq oxuma

Çay paketi, şübhəsiz ki, böyük bir ixtiradır. Çay paketləri yolda, gəzintidə və ya sadəcə evdə dəmləmək üçün rahatdır.

TurpKimi.com çay paketindən necə düzgün istifadə etməyi izah edəcək.

Əksəriyyət demək olar ki, çay paketini qaynar suya batırır. Ancaq bundan heç bir fayda gəlməyəcək. Yaxşı olar ki, çay paketini təxminən üç dəqiqə dəmlənməsi üçün stəkanda saxlayasınız. Çay yarpağı şişəcək, açılacaq və bütün dadını və ətrini buraxacaq.

Çay dəmləndikdən sonra paket çıxarılmalı, nəlbəkiyə və ya xüsusi qaba qoyulmalıdır. Bəs belə bir vacib sual yarana bilər: “çay paketini çıxarmaq lazımdırmı? Bəli, mütləq. Çay paketinin uzun müddət qalması dadını yaxşılaşdırmayacaq.

Orta hesabla çay paketləri təxminən üç dəqiqə dəmlənir. Bununla belə, qablaşdırmada çay paketinin nə qədər saxlanmalı olduğunu oxumaq daha yaxşıdır. Axı, müxtəlif çay növləri və dəmləmə müddətləri var.

Faydalı məsləhət kimi, çalışın çay yarpağının geniş açılıb daha yaxşı dəmlənəcəyi böyük ölçülü çay paketləri və ya piramidaları seçin. Neylon və ya ipəkdən hazırlanmış paketlərə də üstünlük verə bilərsiniz. Belə kisələrdə çayın dadı kağız qablaşdırmadan qat-qat yaxşıdır.

Çay paketini sıxmaq olarmı? - Sirri nədədir?

Çay paketini sıxmaq olar, amma lazım deyil. Məsələ burasındadır ki, çay dəmlənərkən çoxlu tanninlər əmələ gəlir. Dəmlənərkən onlar içkinizə daxil olurlar. Siz paketi sıxdığınız zaman isə çox da faydalı olmayan bu maddə işkinizə daha da qarışır.

Firuzə Alimova / TurpKimi.com