Hətta ölkədəki əcnəbilər də peyvənd olunub.
Cəbəllütariq dünyada koronavirusa qarşı vaksinasiyanı başa vuran ilk ölkədir.
“RİA Novosti” xəbər verir ki, bunu Britaniya səhiyyə naziri Mett Henkok parlamentdəki çıxışı zamanı bəyan edib.
“Biz krallığın bütün ərazilərini vaksinlə təmin edirik. Mən artıq sevinc hissilə bildirirəm ki, Cəbəllütariq dünyada vaksinasiyanı başa vuran ilk ölkə oldu”, - deyə nazir qeyd edib.
Xatırladaq ki, Cəbəllütariqin təxminən 34 min əhalisi var. Orada yaşayan əcnəbilərin də peyvənd olunduğu bildirilib. Vaksinasiya “AstraZeneca” və “Pfizer” peyvəndləri ilə aparılıb.
Oxu.az / TurpKimi.com