Bürclərin yemək seçimi onların şəxsi xüsusiyyətləri ilə birbaşa əlaqəlidir. Hər bürc özünəxas mətbəx tərzini və dadları sevər.
Yeməklər yalnız bədənə deyil, ruhumuza da xitab edər. Hər bürcün xarakteri, həyat tərzi və zövqləri kimi yemə vərdişləri də fərqlidir. Zodiak işarələrinin hər biri özünəxas xüsusiyyətləri ilə yemək seçimlərində də fərqliliklər yaradar.
TurpKimi.com bürclərə görə yemək seçimlərini oxucuları ilə bölüşür.
Qoç (21 Mart - 19 Aprel)
Dinamizm və Enerji Ehtiyacı: Qoç bürcü enerjik quruluşa malikdir. Buna görə onlara sürətlə hazırlana bilən və enerjilərini artıracaq yeməklər uyğundur.
Favorit Yeməklər: Ət yeməkləri, xüsusilə qırmızı ət və toyuq. Ədviyyatlı və bol acılı yeməkləri sevərlər.
Təkliflər: Acı kabab, küftə və bol ədviyyatlı şorbalar Qoç bürcünün xoşuna gələcək yeməklərdir.
Buğa (20 Aprel - 20 May)
Ləzzət və Rahatlıq: Buğa bürcü ləzzətli və keyfiyyətli yeməkləri sevir. Onlar üçün yemək yalnız ehtiyac deyil, bir zövq məsələsidir.
Favorit Yeməklər: Zəngin, doyurucu yeməklər. Xüsusilə südlü şirniyyatlar və zeytun yağlı yeməklər Buğaları xoşbəxt edər.
Təkliflər: Zeytun yağlı ənginar, kısır, kremli şirnilər və şokoladlı tort Buğaların favoriti ola bilər.
Əkizlər (21 May - 20 İyun)
Sürətli və Müxtəlif: Əkizlər bürcü dəyişkən bir quruluşa sahib olduğu üçün bir yeməklə kifayətlənməz. Fərqli dadları sınamaq istəyərlər.
Favorit Yeməklər: Fərqli mədəniyyətlərdən gələn, praktik amma ləzzətli yeməklər. Məsələn, suşi və ya tako kimi yenilikçi dadlar.
Təkliflər: Fərqli dadların bir yerdə olduğu təamlar, məsələn, bir qabda suşi və məzələr Əkizlər bürcünün diqqətini çəkər.
Xərçəng (21 İyun - 22 İyul)
Ev Yeməyi və Ailə: Xərçəng bürcü evdə bişən yeməkləri, analarının hazırladığı ənənəvi yeməkləri sevər. Onlar üçün yemək, ailə və sevgi ilə eynidir.
Favorit Yeməklər: Tərəvəz yeməkləri, dəniz məhsulları, xüsusilə balıq və şirnilər.
Təkliflər: Xərçəng bürcünə isti bir şorba, tərəvəzli yeməklər və ya sobada bişmiş balıq verə bilərsiniz.
Şir (23 İyul - 22 Avqust)
Dəbdəbəli və Zəngin: Şir bürcü göstərişi sevər və yeməklərdə də bunu axtarar. Prestijli yeməklər və qəşəng tərtibatı və təqdimatı olan yeməkləri seçər.
Favorit Yeməklər: Ət yeməkləri, xüsusilə steak kimi keyfiyyətli ətlər. Ləzzətli şirniyyatlardan da yan keçməzlər.
Təkliflər: Lüks yeməklər, məsələn qızartma bifşteks, somon, şirnilərdən isə kremli profiterol Şir bürcünü yoldn çıxardar.
Qız bürcü (23 Avqust - 22 Sentyabr)
Sağlamlıq və Nizam: Qız bürcü sağlam yeməkləri sevər və ümumiyyətlə orqanik, təbii inqrediyentlərdən hazırlanmış yeməkləri seçər.
Favorit Yeməklər: Tərəvəzli yeməklər, yüngül və balanslı atışdırmalıqlar. Onlar üçün ləzzət qədər sağlamlıq da əhəmiyyətli bir faktordur.
Təkliflər: Tərəvəz şorbaları, smetanlı salatlar, sobada tərəvəzlər bu bürcün sevimliləri arasındadır.
Tərəzi (23 Sentyabr - 22 Oktyabr)
Zəriflik və Estetik: Tərəzi bürcü həm vizual, həm də dad baxımından tarazlıq axtarar. Yeməklərdə də estetika və təqdimata böyük əhəmiyyət verər.
Favorit Yeməklər: Balanslı və uyğun dadlar. Xüsusilə dəniz məhsulları və yüngül, ləzzətli dadlar onları cəzb edər.
Təkliflər: Yüngül məzələr, dəniz məhsulları, tartar və mürəkkəb balığı Tərəzi bürcü üçün ideal yeməklərdir.
Əqrəb (23 Oktyabr - 21 Noyabr)
Dərin və Qatı Dadlar: Əqrəb bürcü sirli və dərin şəxsiyyətə sahib olduğu üçün yeməklərdə də qatı və güclü dadları seçər.
Favorit Yeməklər: Ədviyyatlı, acılı zəngin aromalı yeməklər.Ət yeməkləri və ənənəvi yeməklər də Əqrəb bürcünün marağını çəkər.
Təkliflər: Təndirdə quzu, acı kabablar və şərabla bişirilmiş ətlər Əqrəb bürcünə uyğun olar.
Oxatan (22 Noyabr - 21 dekabr)
Macəra və Kəşf: Oxatan bürcü yeni dad və fərqli mətbəxləri kəşf etməkdə maraqlıdır. Daima yeni bir dadı sınayar.
Favorit Yeməklər: Asiya mətbəxi, xüsusilə Çin və Tailand yeməkləri. Şirniyyat və turş dadların qarışığını sevərlər.
Təkliflər: Vok üsulu tərəvəzlər, acılı nudl, şirin-duzlu yeməklər Oxatan bürcü üçün möcüzəvi bir seçim olacaq.
Oğlaq (22 dekabr - 19 Yanvar)
Sadəlik və Ənənə: Oğlaq bürcü ənənəvi və sadə yeməkləri sevər. Onlar üçün yemək, həm bəsləyici, həm də nizamlı olmalıdır.
Favorit Yeməklər: Ətli yeməklər, soba yeməkləri. Ümumiyyətlə ailədəki ənənəvi reseptlərə sadiq qalarlar.
Təkliflər: Sobada ət yeməkləri, ətli börək və südlüaş Oğlaq bürcünün xoşuna gələcək yeməklərdir.
Dolça (20 Yanvar - 18 Fevral)
Yenilikçi və Fərqli: Dolça bürcü,qeyri-adi yeməkləri və yenilikçi dadları kəşf etməkdə maraqlıdır. Yeni mətbəx trendlərini izləyərlər.
Favorit Yeməklər: Vegetarian yeməklər, orqanik və sağlam qidalar. Fərqli mədəniyyətlərin yeməklərini kəşf etməyi sevərlər.
Təkliflər: Vegeterian burger, orqanik tərəvəzlər və veqan şirnilər Dolça bürcünün favoriti ola bilər.
Balıq (19 Fevral - 20 Mart)
Hüzur, dinclik və Romantiklik: Balıq bürcü sakitləşdirici və romantik yeməkləri seçər. Bu bürc üçün yemək ruhi bir təmin qaynağıdır.
Favorit Yeməklər: Dəniz məhsulları, xüsusilə balıq və şirnilər. Qaymaqlı yeməklər və yüngül dadlar onları xoşbəxt edər.
Təkliflər: Balıq şorbası, qaymaqlı şirnilər və dəniz məhsullarından hazırlanmış yeməkləri çox sevərlər.
Vüsalə Əlövsətqızı, TurpKimi.com