Fevral ayının 15-dən sonra elektron sistemdə bütün dozalar üzrə məlumatlar öz əksini tapıb.
"Peyvənd sertifikatı”nın "Etibarlılıq müddəti” bölməsində isə sertifikatın müddəti qeyd edilib.
Belə ki, 2 doza aşı olanlar üzrə 6 ay müddət qeyd edilir, buster doza və ya 4-cü dozanı qəbul edənlər üzrə isə müddətsiz kimi əks olunur. Birinci və ikinci vaksini almış, buster dozası olmayan şəxslərdə isə müvafiq müddət (ikinci dozadan 6 ay sonra) qeyd edilib.
Hazırda prosesə Daxili İşlər Nazirliyi Nəzarət edir. Polis tərəfindən nəzarət profilaktik tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.
Maraqlıdır, ticarət mərkəzlərində və ictimai iaşə obyektlərində üçüncü doza vaksin vurdurmayan şəxslər aşkarlandıqda hansı tədbirlər görülür?
DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, hazırkı qanunvericlikdə nəzərdə tutulur ki, yoxlama nəzarət tədbirləri sahibkarların üzərinə düşür: "Bu səbəbdən də, hansısa obyektdə və ticarət mərkəzində "buster” doza qəbul etməyən vətəndaş aşkarlandıqda həmin obyekt sahibkarı barədə qanunvericilikdə nəzərdə tutulmuş şəkildə tədbirlər görülür".