"Azərbaycanda "buster” doza ilə peyvəndlənməyənlər fevralın 15-dən şənlik mərasimlərində iştirak edə bilməyəcəklər”.
Bu, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatında əksini tapıb.
Eyni zamanda, "buster” doza vaksin vurdurmayan yaşı 18-dən yuxarı şəxslər həmin tarixdən etibarən ictimai iaşə müəsisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə daxil ola bilməyəcək.