Büstqalter və pijamalar  neçə gündən bir yuyulmalıdır? - Bəs, çanta və pulqabı?


Dürüst olun, alt geyimlərinizi neçə gündən bir yuyursunuz? Bir həftə boyunca eyni pijamalarda yatırsınızsa, paltar yuma proqramınızı yenidən düşünməlisiniz. 

bustqalter-ve-pijamalar-nece-gunden-bir-yuyulmalidir
09.03.2021 19:42 2 dəq oxuma

Bakteriyalar, tər, ümumi çirk paltarlarınızda yığılıb qalır. Bu da zərərverici bakteriyaların daha da çoxalmasına və müxtəlif infeksion xəstəliklərin yayılmasına səbəb olur. Mütəxəssislər bu geyimlərin hansı sıxlıqda yuyulması ilə bağlı bəzi bilgilərə mütləq əməl etməyi məsləhət görürlər. TurpKimi.com bununla bağlı bəzi məlumatları təqdim edir:

Büstqalterlər hansı sıxlıqda yuyulmalıdır?

Həyat tərzinizə bağlı olsa da, ümumiyyətlə büstqalteri iki və ya üç dəfə geydikdən sonra yumaq lazımdır. Bir qadının fərdi gigiyenasından və həyat tərzindən asılı olaraq standart bir büstqalter  yuyulmadan bir neçə dəfə geyilə bilər. Çox tərləyən qadınlar isə tez-tez yumalıdırlar. Ancaq gündəlik istifadə üçün hər istifadədən sonra yumaq lazım deyil. Həddindən artıq yuma büstqalterin  deformasiyaya uğramasına səbəb olur.  

Büstqalterlər  mümkünsə əldə yuyulmalıdır, maşında yumaq da zərərli ola bilər.

Büstqalterin şəklinin pozulmaması üçün ilıq və ya soyuq suda yuyulmalıdır. Paltaryuyan maşında yumağı seçirsinizsə, daim həssas proqramlardan  istifadə edin. 

Pijamalar neçə gündən bir yuyulmalıdır?

Pijamalar üç, ya da dörd dəfə geyildikdən sonra yuyulmalıdır. Gecə boyu tərləyirsinizsə, pijamalarınız daha tez çirklənər və isti su torbaları istifadə etdiyinizdə daha çox tərləyərsiniz. Heç olmasa, bir həftə boyunca geyildikdən sonra həqiqətən yumalısınız. Araşdırmalar çirkli pijamaların sızanaqdan sisditə qədər hər cür sağlamlıq probleminə səbəb ola biləcəyini göstərir.

Alt paltarları isə hər gün dəyişmək lazımdır. Qadınlar xüsusilə alt geyimlərin təmiz saxlanmasına, nəm olmamasına ciddi fikir verməlidirlər.

Əl çantaları və pulqabılar

Əl çantalarımızı yanımızda hər yerə aparırıq. Onları bir bara və hətta tualetin zəmininə heç çəkinmədən qoyuruq və asanlıqla saysız-hesabsız mikrobların yuvasına çeviririk.  Əl çantanızda pullar, qeydlər və hətta kredit kartları zərərli bakteriyaları daşıya bilər. Bəzi torbalar və pulqabılar maşında yuyula bilər (etiketindən yuyulma haqda məlumatı oxuya bilərsiniz). Mikrobları uzaq tutmaq üçün çantanızı və pulqabınızı həftədə bir dəfə bakteriya önləyici dəsmallarla (dəri ləkələrini önləmək üçün spirtsiz olanlardan istifadə edin) təmizləyin.

Vüsalə Əlövsətqızı, TurpKimi.com