Qrip infeksiyası ilə mübarizənin davam etdiyi bu günlərdə çox adam oruc tutur.
Oruc tutarkən immunitet sistemini qorumaq istəyənlərin ən çox bilmək istədiyi şey isə Ramazanda tox tutan qidalarla bağlıdır. Uzun müddət ac qaldığımız üçün nə yeyib-içdiyimizə ciddi fikir vermək lazımdır.
Tupkimi.com qidalanma üzrə mütəxəssislərin verdiyi siyahıya əsasən gün boyu tox tutan, heç acdırmayan 10 qidanın adını açıqlayır.
1-Lor pendiri
Lor pendir həm zülal anbarıdır, həm də duzsuzdur. Duzsuz pendir insanı tox tutar, duzlu pendir isə susadar. Sahurda naharda lor pendiri yeyə, ya da salatlarınızda istifadə edə bilərsiniz. Lor pendir istehlak edə bilmirsinizsə, süfrələrinizdə az yağlı, az duzlu pendirlərə mütləq yer verin.
2-Yulaf əzməsi - herkules
Yulaf əzməsinin lif dəyəri çox yüksəkdir və orqanizmin həzm etməsi üçün çox vaxt lazımdır. Yulaf əzməsi möcüzəvi beta qlükan qaynağıdır. Beta Qlukan qan şəkərini nizamlayır və immunitet sistemini də gücləndirir.
Yorğunluq, stress, mövsüm dəyişiklikəri, soyuqdəymə, qrip, üst tənəffüs yolları infeksiyaları və bəzi allergiyalarda beta qlükandan dəstəkləyici kimi istifadə edilir.
3-Yumurta
Tox tutan qidaların adı çəkiləndə yumurta ilk ağla gələndir. Yumurta ən keyfiyyətli zülal qaynağıdır. Sahur üçün qaynadılmış, ya da qlazok yumurta uyğun seçim ola bilər.
4-Protein, zülal ehtiva edən qidalar
Qırmızı ət, ağ ət, süd, qatıq, yumurta, pendir yüksək zülal tərkibi ilə uzun müddət tox qalmağı təmin edər. Sahurda süfrələrinizdə mütləq bu qidalara yer verin.
5-Paxlalılar
Quru paxla, noxud, mərcimək kimi paxlalılar yüksək miqdarda lif qaynağıdır, həm də bitki mənşəli zülalla zəngin olduğu üçün insanı gec acdırır.
6-Göyərti və tərəvəzlər
Yaşıl tərəvəzlər və göyərtinin tərkibində bol miqdarda su var. Məhz buna görə çox kalori almadan asanca doydurur, həm də liflə zəngin olduğu üçün uzun müddətdə həzm edilir və tox tutur.
Sahur süfrənizdə cəfəri, nanə, reyhan, kahı əlavə edilmiş salatlar, buxarda bişmiş brokoli, sobada Brüksel kələmi kimi tərəvəzlər olsun.
7-Çərəzlər və meyvə quruları
Badam, qoz kimi çərəzlər sağlam yağ və lif anbarıdır. Ara paylarda və sahurda az miqdarda duzsuz badam, fındıq, qoz yemək uzun müddət tox qalmağa kömək edir.
Çox miqdarda yemək isə insanı kökəldir və qaraciyər yağlanmasına səbəb olur.
8-Avakado
Avokado güclü doymamış yağ və kalium anbarıdır. Avokadonu həm tək yeyə, həm yumurta ilə bir araya gətirə, həm də salatlarınıza doğraya bilərsiniz.
9-Qlisemik indeksi aşağı olan qidalar
Bir qidanın qlisemik indeksinin aşağı olması həzm müddətinin uzun olduğuna işarədir. Sürətli həzm edilən qidalara görə qan şəkəri bir anda yüksəlib sonra da sürətli aşağı enə bilir.
Qan şəkərinin sürətli düşməsi qısa müddətdə acmaq mənasını verir. İşlənmiş taxılların; ağ undan hazırlanmış çörək, şəkərli və şəkər ehtiva edən edən yemək və içkilərin qlisemik indeksi yüksəkdir.
Bunların əvəzinə tam buğda çörəyi, tam taxıllı çörəklər istehlak edilməlidir. Kartof, düyü, yaşıl noxud, kök, xəmir məmulatları qlisemik indeksi yüksək olan digər qidalardır. Xüsusilə sahurda qlisemik indeksi yüksək qidaların istehlakı gün boyu sıx aclıq, halsızlıq hissi yaşamağınıza səbəb olar.
10-Süd-qatıq-kefir
Zülal qaynağı olmaqla yanaşı çox yaxşı kalsium və D vitaminianbarı olan süd, qatıq və kefir uzun müddət tox tuan qidaların önündə gəlir.
Sahurda 1 stəkan süd, ya da kefir içməyi, ya da 1 kasa qatıq yeməyi unutmayın.
Vüsalə Əlövsətqızı, TurpKimi.com