Hər hansı bir qida əlavəsinə ehtiyac duymadan bütün vitaminləri gündəlik bu qidalardan almaq mümkündür.
İnsan orqanizminin sağlamlığı gündəlik olaraq qəbul etdiyi təbii qidalardakı vitaminlərin yetərli olmasından çox asılıdır. Çünki vücudumuz bədənimizə sorulan vitamin və minerallardan güc alır.
TurpKimi.com əsas vitamin və minerallarla zəngin bəzi qidaların adlarını təqdim edir:
A Vitamini
A vitamini göz sağlamlığı və sağlam dəri üçün olduqca əhəmiyyətlidir. Əskik olarsa dəri problemlərinə və saç tökülməsinə səbəb ola bilər. A vitamini süd və ət kimi heyvan mənşəli məhsullarda yüksək miqdarda var, amma bitkilərdə, meyvə və tərəvəzlərdə də kifayət qədərdir.
Qidalar: Banan, gül kələmi, yumurta, naringi, portağal, kələm, balıq, qırmızı ət, kök və süd məhsulları.
B Vitamini
Səkkiz fərqli B vitamini növü vardır: B1 (tiamin), B2 (riboflavin), B3 (niasin), B5 (pantotenik turşu), B6, B8 (biotin), B11 (folik turşu) və B12. Hər B vitamininin öz funksiyası var.
B1: Karbohidratlardan enerji alınmasına kömək edər.
B2: Gözləri günəş işığından qoruyar, dəri və saç sağlamlığında faydalıdır.
B3: Sinir sisteminin düzgün fəaliyyətində, enerji transferləri və istehsalında rol oynayar.
B5: Makroqida və hormonların ifrazında rol oynayır.
B6: Qırmızı qan hüceyrələrinin, DNT-nin, zülalların yaranmasını və parçalanması təmin edir.
B8: Dəri və saçın inkişafı, yağ turşularının yaranması və enerji istehsalı onun vəzifəsidir.
B11: DNT istehsalı, meydana gəlməsi və parçalanmasında rol oynayır.
B12: DNT istehsalı, zülalların yığılması və parçalanması və qırmızı qan hüceyrələrinin istehsalında rol oynayır.
Qidalar: Kartof, ərik, banan, brokoli, kəpəkli çörək, yumurta, taxıl məhsulları, pendir, süd, fındıq, soya paxlası, ispanaq, Brüksel kələmi, balıq, ət, qarpız və kök.
C Vitamini
C vitamini dəmirin orqanizm tərəfindən sorulmasına kömək edir və daha yaxşı immunitet sisteminin meydana gəlməsini təmin edir. C vitamini əskikliyiniz varsa, xəstələnmə ehtimalınız yüksəkdir və yaralarınız daha gec sağalar.
Qidalar: Çiyələk, ananas, reyhan, gül kələmi, kələm, brokoli, acı bibər, sarı dolmalıq bibər, kivi, mixək, manqo, cəfəri, qırmızı kələm, bibəriyə, portağal, limon, qreyfrut, Brüksel kələmi, kəklikotu və pomidor.
D Vitamini
Möhkəm sümüklərin sağlamlığı üçün əsas vitamin D vitaminidir. Bu vitamini qidalardan və günəşdən almaq mümkündür. Eyni zamanda sağlam orqanizm də ifraz edə bilər. D vitamini qəbul etməyin ən yaxşı yollarından biri çöldə yürüşdür. D vitamini əskikliyi osteoporoz və əzələ gücsüzlüyünə səbəb ola bilər.
Qidalar: Qida üçün olan yağlar, göbələkllər, qaynadılmış yumurta, pendir, marqarin, fındıq, paxlalılar, portağal suyu, soya südü və yağlı balıqlar.
E Vitamini
C vitamini ilə birlikdə immunitet sisteminin inkişaf etdirilməsi üçün birlikdə işləyir. E vitamini kardiovaskulyar xəstəlik riskini azaldar və yaşlanma müddətini yavaşladar. E vitamini əskikliyinə nadir hallarda rast gəlinir. E vitamini çatışmazlığı anemiyaya yol aça bilər.
Qidalar: Badam, alma, avokado, kələm, brokoli, tam taxıllı çörək, fındıq, zeytun, fıstıq əzməsi, qırmızı bibər, çuğundur, ispanaq, yağlı toxumlar və günəbaxan yağı.
K Vitamini
Qan laxtalanması, sümük toxuması istehsalı və güclü sümüklər və dişlər üçün yetərli miqdarda K vitamininə ehtiyacınız vardır. Bədən K vitaminini qalın bağırsaqda istehsal edir, ancaq digər vitaminlər kimi bəzi qidalarda da var.
Qidalar: Alma, banan, kələm, brokoli, göy noxud, yumurta, pendir, süd, portağal, ispanaq, ət, qatıq, dəniz yosunu, günəbaxan yağı və kələm turşusu.
Yazılıb: 03.03.2021-ci il
Vüsalə Əlövsətqızı, TurpKimi.com