"Bütün xəstəliklər əsəbdən qaynaqlanır" ifadəsi MİFDİR


Sinir hüceyrələrinin bərpa olunmaması əfsanədir...

butun-xestelikler-esebden-qaynaqlanir-ifadesi-mifdir
27.02.2024 00:58 1 dəq oxuma

"Bütün xəstəliklər əsəbdən qaynaqlanır" ifadəsi mifdir, lakin stress xəstəliyin gedişatını sürətləndirə bilər.

TurpKİmi.com xəbər verir ki, bu fikirləri nevroloq Marina Hacıyeva “Gazeta.Ru”ya müsahibəsində deyib. Onun sözlərinə görə, xəstəliklərin inkişafı müxtəlif patogenetik və biokimyəvi proseslər nəticəsində baş verir.

“Xəstəliyin inkişafı üçün çoxlu müxtəlif patogenetik və biokimyəvi mexanizmlər mövcuddur. Bunlar bədənin özünü məhv etdiyi zaman müxtəlif otoimmun proseslərdir, bunlar genetik xəstəliklər və bir çox başqalarıdır. Sadəcə olaraq, əksər hallarda stress vəziyyəti çətinləşdirə və xəstəliyin gedişatını sürətləndirə bilər”, - deyə həkim izah edib.

Həmçinin nevropatoloqun fikrincə, sinir hüceyrələrinin bərpa olunmaması əfsanədir. Fakt budur ki, təkcə sinir hüceyrələri deyil, heç bir hüceyrə bərpa olunmur. Bununla belə, sinir toxuması vəziyyətində, ölü hüceyrənin funksiyaları qalan neyronlar tərəfindən ələ keçirildikdə, öz aralarında yeni əlaqələr yaradaraq və itirilmiş funksiyaları bərpa etdikdə nevroplastiklik prosesi baş verir. Mütəxəssis misal olaraq insultdan sonrakı reabilitasiyanı göstərib.

"Bundan əlavə, beynin hipokampusunda yerləşən kök hüceyrələr bölünərkən sinir sisteminə aktiv şəkildə qoşulan və orqanizmin tam fəaliyyət göstərməsinə imkan verən yeni neyronlar yaradır. Bu proses neyrogenez adlanır”, - Hacıyeva əlavə edib.

Firuzə Alimova / TURPKİMİ.COM