Bütün yayı düyü kvası iç - Oynaq ağrılarına əlvida de


Hazırlanması çox sadədir və proseduru hər yay təkrarlayın...

butun-yayi-duyu-kvasi-ic
31.08.2022 10:17 2 dəq oxuma

Hərəkətsizlik, oturaq həyat tərzi onurğa və oynaqlara ciddi şəkildə mənfi təsir edir. Təəssüflər olsun ki, artıq bu problem təkcə yaşlıları deyil, ofis şəraitində işləyən gəncləri də narahat etməyə başlayıb.

Oynaqların vəziyyətini yaxşılaşdırmaq üçün heç kim 30 yaşından başlayaraq çoxlu dərman qəbul etmək istəməz. Xüsusilə də bu vəziyyət hələ kritik deyilsə…

TurpKimi.com ovuc dolu tablet və gel-maz əvəzinə sadə, lakin güclü alternativ təklif edir. Bu möcüzəvi vasitə düyü kvasıdır. Hazırlanması çox sadədir, faydası isə inanılmazdır. Bundan başqa, yayda içildikdə susuzluğa qarşı mükəmməl vasitədir.

Düyü kvasının daha bir faydası orqanizmi artıq duzlardan və oksalik turşusundan təmizləyir.

LAZIM OLANLAR:

- 4 xörək qaşığı düyü;

- 3 xörək qaşığı şəkər tozu

- 1 xörək qaşığı kişmiş

HAZIRLANMASI:

1 – 4 xörək qaşığı düyünü yaxşıca yuyulur, üzərinə 1 litr su əlavə edilir. İstənilən düyüdən istifadə etmək olar.

2 – 3 xörək qaşığı şəkər tozu və qaşığın yarısı qədər üzüm əlavə edilir. Bundan sonra kvası 4 gün saxlamaq lazımdır.

3 – 4 gün keçəndən sonra maye süzülür və soyuducuda saxlanılır.

4 – Süzdükdən sonra qalan qalıqlardan maya kimi istifadə etmək olar. Bunun üçün üzərinə 2 xörək qaşığı düyü və 2 xörək qaşığı şəkər tozu və yarım xörək qaşığı kişmiş əlavə edilir.

Təkrar istifadə edilə bilən qarışımdan 2-ci, 3-cü dəfə daddıqca, kvasın dadının daha da zənginləşdiyini hiss edəcəksiniz.

Oynaq ağrılarından tamamilə qurtulmaq üçün düyü kvası ilə olan 5 həftəlik müalicə kursunu  tam keçmək lazımdır. Beləliklə, gündə 3 dəfə yeməkdən sonra yarım stəkan düyü kvası için.

Mənbə: obaldeno.ru

Yazılıb: 21.04.2021-ci ildə

Firuzə Alimova / TurpKimi.com