Buz qabı qəlibi ilə nələr hazırlaya bilərsiz? - Hər şeyi dondurassız


Buz qəliblərindən yalnız su dondurmaq üçün istifadə edirsinizsə, bunu oxuyun.

buz-qabi-qelibi-ile-neler-hazirlaya-bilersiz
02.06.2023 15:31 1 dəq oxuma

Yay mövsümündə buz qəliblərindən çox istifadə edilir. Buz qəliblərini yalnız su dondurmaq üçün istifadə edirsinizsə yanılırsız.

TurpKimi.com buz qəliblərindən istifadə etməklə maraqlı təqdimatlar hazırlamağın yollarını təqdim edir:

 Bundan sonra hər şeyi dondurmaq istəyəcəksiniz.

Qəhvə

Əgər artıq qalan bir miqdar qəhvəniz varsa, zibilə tökmək yerinə buz qəliblərinə doldurub dondurun.  Daha sonra  bir stəkan soyuq südün içərisində möhtəşəm olacaqlar.

Qatıq

Son istifadə etmə tarixi yaxınlaşan qatığınızı buz qəliblərində dondura bilər və daha sonra donmuş meyvələrlə birlikdə möhtəşəm içkilər hazırlaya  bilərsiniz. Çöldə smuzi üçün pul tökməyin. 

Çiçəklər


Əgər romantik bir axşam yeməyi hazırlayırsınızsa, buz qəliblərinə bir az su və çiçəklərdən ibarət küplər hazırlaya bilərsiz. Dadları olmasa da möhtəşəm görünürlər.

Çiyələk


Bu təklifin isti yay axşamlarında imtina edilməz olacağına əminik. Buz qəlibinə bir az şokolad töküb, üzərlərinə bir çiyələk yerləşdirin. Möcüzə görünüşü olacaq. 

Meyvə püresi


Mətbəxdəki hər hansı bir meyvəni püre halına gətirib, buz qəliblərində dondura bilərsiniz. Nəticə; rəngarəng dondurmacıqlar.

Nanə+ limon

Yayın ən favoriti təbii ki limonaddır. İçində  təzə nanə yarpaqları varsa, lap əla. Su içməyi sevməyənlər üçün də yaxşı fikirdir. Limon suyunu buz qəliblərinə doldurun, içinə də bir nanə yarpağı qoyub dondurun.

Vüsalə Əlövsətqızı, TurpKimi.com