Büzüşmüş meyvələri tullamayın - Canlandırmağın yolu


Hər kəsin evində, soyuducuda təravətini itirmiş, büzüşmüş meyvə və tərəvəzlər mütləq vardır. 

buzusmus-meyveleri-tullamayin
24.08.2022 20:49 1 dəq oxuma

Xanımların çoxu  həmin meyvələri zibilliyə tullayır. 

Büzüşmüş meyvə və tərəvəzlərdən müxtəlif kompot və turşular da hazırlamaq olur. 2-ci üsul isə büzüşmüş meyvə və tərəvəzləri canlandırmaqdır. 

TurpKimi.com xəbər verir ki, artıq canlılığını itirən meyvə və tərəvəzlərinizi büzüşdüyü üçün ziyan etmənizə ehtiyac yoxdur. Büzüşən tərəvəz və meyvələrinizi yenidən canlandırmaq mümkündür.

Bunun üçün onları yuyub,   10-15 dəqiqəyə qədər 2 litr limonlu  suda saxlamaq lazımdır.   Limonlu suda saxlanılan meyvə-tərəvəzləriniz beləcə daha canlı və diri görünəcək.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

13-11-2020