Canan Karatay açıqlamasıyla yenə diqqət çəkdi - Çayı kərə yağıyla için


Köhnədən qalan sağlam adət...

canan-karatay-aciqlamasiyla-yene-diqqet-cekdi
01.05.2019 22:28 1 dəq oxuma

Türkiyədə sağlam qidalanma məsləhətləri ilə məşhur olan Prof. Dr. Canan Karatay yenə verdiyi açıqlamayla diqqət çəkib.

Karatay “mənə “çayı şirniyyatsız necə içim?”, - deyə sual verirlər. Mən də kərə yağı ilə için deyirəm”. Kərə yağı İngiltərə kimi qərb ölkələrində çayın içinə krem olaraq əlavə edilərək içilir", - deyə qeyd edib.

TurpKimi.com bildirir ki, Canan Karatay çay içərkən şirniyyat yerinə çayın içinə kərə yağı atıb içməyin daha faydalı olduğunu bu cür qeyd edib:

“Çay yediyimiz yeməklərdə dəmirin qana sovrulmasının qarşısını alır. Uzun illərdir, bu sözləri deyirəm: çaya kərə yağı töküb için. İngiltərə kimi bir çox qərb ölkələrində çay bu şəkildə içilir. Bizdə də şirniyyat fabrikləri qurulmazdan əvvəl kərə yağı şəkər kimi istifadə olunurdu.

Bunu hələ də tətbiq edənlər var. Bu, yeni bir şey deyil, köhnə adətdir. Təbii ki, mən bu haqda danışanda gənclər bunu yeni bir şey kimi gördüyü üçün qiyamət qopdu. Hətta Tibetdə Everest dağına çıxan alpinistlərə yol göstərən tibetlilər enerjilərini kərə yağlı çaydan alırlar. Həm istidir, həm də kərə yağının verdiyi enerji uzun müddətlidir, sizi gənc və sakit saxlayar. Odur ki, bol-bol kərə yağı yeyə bilərsiniz”.

Firuzə Alimova / TurpKimi.com