Canan Karataya görə ən sağlam meyvə hansıdır?


Evləriniz çirkli, amma yediyiniz təmiz olsun...

canan-karataya-gore-en-saglam-meyve-hansidir
04.05.2023 22:09 2 dəq oxuma

Türkiyəli Prof. Dr. Canan Karatay son zamanlar verdiyi açıqlamalarla yenidən gündəmə gəlməyə başlayıb. Sağlamlıq sahəsində verdiyi açıqlamalarla diqqət çəkən Karatay bu dəfə faydaları ilə ən sağlam meyvəni açıqlayıb.

TurpKimi.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, Ürək və Daxili Xəstəliklər üzrə Professor, İstanbul Bilim Universitetinin keçmiş rektoru, Daxili Xəstəliklər və Kardiologiya kafedralarının professoru. Dr. Canan Karatay iştirak etdiyi konfransda ən sağlam meyvənin zeytun olduğunu açıqlayıb. Ardınca Karatay meyvə şirələrinin böyük təhlükə yaratdığını vurğulayıb:

“Turp yedikdə, turp kimi olacaqsınız. Ağ pendirin yanında 30-40 ədəd zeytun da qoyun. Sağlam, yağlı, kristal qaya duzlu pendir və zeytun yeməsənin, suya qoyub duzunu çıxardıb yeyin desəm, qısır olarsınız. Üstəlik ağartıcı, qabyuyan kimi təmizləyici vasitələr... Elə bir şey yoxdur, hamısında zəhər var. Evlər təmiz olmasın, çirkli yaşayıb, təmiz şeylər yeyin!”

Daha sonra Karatay zeytunun faydaları haqqında bunları qeyd edib:

Həzmi asanlaşdırır.

Uzun müddət tox saxlayır.

Qan əmələ gətirir.

Ürək sağlamlığını qoruyur.

Saçları, dərini və dırnaqları qidalandırır.

Xərçəngin qarşısını alır.

Zeytunun qida dəyərinə gəldikdə isə faydalı yağlarla zəngin olan 100 qram zeytunun qida dəyəri belədir:

Karbohidratlar: 6,4 q

Zülal: 0,84 q

Yağ: 10,9 q

Lif: 1,6 q

Xolesterin: 0

Natrium: 735 mq

Kalium: 8 mq

Vitamin A: 17 iu

Zeytunun qida dəyərinə diqqət yetirdikdə aydın görünür ki, yağlı quruluşuna baxmayaraq, tərkibində heç bir xolesterin olmayan nadir qidalardandır.

Firuzə Alimova / Turpkimi.com