Koronavirusdan qorunmaq üçün professordan sadə tövsiyyə...
Türkiyəli professor Canan Karatayın koronavirus və infeksiyalardan qorunmaq üçün verdiyi tövsiyyələr bazarda satış rekordu yaşadıb.
TurpKimi.com bildirir ki, bununla bağlı bazarlarda ən çox sevinən turşu satıcıları olub. İşlərinin artdığını deyən turşuçular insanların sifarişlərini yerinə yetirmək üçün tələbləri güclə çatdıra bildiklərini deyiblər.
Belə ki, Canan Karatay çıxış etdiyi konfransda kələm turşusu və suyunun qışda yaşanan xəstəliklərə, xüsusilə də Çində yayılan koronavirusa qarşı mübarizədə güclü təsir etdiyini qeyd edib. Professorun bu açıqlamasından sonra turşuçular bazarlarda satışların sürətlə artdığını deyib.
Karatayın bildirdiyinə görə evdə hazırlanan sirkə, qatıq, turşu, turşu suyu bir çox viruslara qarşı mübarizədə effektivdir. Kələm turşusu isə insanlarda immun sistemini qüvvətləndirir, qaraciyəri yağlanmaqdan qoruyur, şəkəri tənzimləyir. Həmçinin turşu suyu arıqlamağa kömək edir, yeməkdən sonra şişkinliyin qarşısını alır.
Firuzə Alimova / TurpKimi.com