Ölkəmizdə sudan sonra ən çox istehlak edilən içki çaydır. Yüksək temperatura məruz qalan çayın orqanizmə zərər verdiyini bilirdinizmi?
TurpKimi.com detalları təqdim edir:
Çayın tərkibində tein və tanenlər var, bu bitkilərin özlərini qorumaq məqsədilə istehsal etdikləri birləşmələrdir.
İstiliyə diqqət
Çayı düzgün üsulla dəmləmədikdə bu birləşmələr fəallaşır və gələcəkdə xərçəng kimi xəstəliklərin yaranmasına səbəb ola bilir.
Bunun qarşısını almaq üçün çayı dəmləyərkən bu birləşmələrin fəalllaşmasını əngəlləyəcək istilik dərəcəsində saxlamaq lazımdır.
Çay acı tam verirsə, içməyin
Xüsusilə kütləvi insanların olduğu yerdə çay içərkən yüksək temperaturda dəmələnib-dəmlənməyəcəyinə fikir verin. Mütəxəssislər bildirir ki, bayat ya da tanenləri aktiv olan çay acı tam verir. Çay içərkən mütləq surətdə təzə dəmlənmiş olmasına da diqqət etməliyik.
Soyuq su əlavə edin
Tein və tanenlərin aktiv hala gəlməməsi üçün çayı mütləq qaynatmadan öncə sadəcə isti su ilə dəm almasını təmin edin. İnsanların tez-tez təkararladığı səhv bir üsul var. Ümumiyyətlə, üstdəki çaynikə quru çayı atıb, altdakı çaydanda da su qaynadırıq. Bu çox yanlışdır və edilməməlidir. Əgər ikisini də bir yerdə ediriksə, çaynikə soyuq su töküb, çaydanın üstünə qoyaraq qaynatmaq lazımdır. Daha sonra altdakı çaydanda su qaynayanda çayın üzərinə əlavə etməliyik. Qətiyyən çayı qaynayacaq dərəcədə dəmləmək olmaz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yazılıb: 26-04-2019
Bunu da oxu:
Çayı əslində səhv dəmləyirik - Ləzzətli çay dəmləməyin sirləri