Çay paketləri ölümcül təhlükəlidir - Həkimdən xəbərdarlıq


Paket çaylar nanoplastik hissəciklər buraxır...

cay-paketleri-olumcul-tehlukelidir
30.01.2024 00:59 1 dəq oxuma

Rusiyanın fiziologiya, insan ekologiyası və biotibbi biliklər üzrə kafedra dosenti Aleksandr Sozıkin xəbərdarlıq edib ki, torbalarda qablaşdırılmış çay içmək ölümcül təhlükəyə - xərçəngin inkişafına səbəb ola bilər.

TurpKimi.com-un məlumatına görə, “aif.ru” ilə söhbətində ekspert vurğulayıb ki, qaynar suyun təsiri ilə içkiyə sağlamlığa zərərli olan nanoplastik hissəciklər buraxılır.

Tez-tez “birdəfəlik istifadə” adlanan piramidalı çay paketləri qaynar suya məruz qaldıqda çoxlu miqdarda nanoplastik hissəciklər buraxır. Fizioloq izah edib ki, çay paketlərindən də ayrılan mikroplastik hissəciklərin sayı yüz milyonlarla və daha çoxdur.

Mikroplastiklərin qanda, qaraciyərdə və böyrəklərdə toplanması xərçəngə səbəb ola bilər. Bununla bağlı Sozıkin bu şəkildə dəmlənmiş içkidən sui-istifadə etməməyi tövsiyə edib.

Firuzə Alimova / TURPKİMi.COM