Çay, qəhvə üçün şahanə Biskotti resepti


Ağızda əriyən,  çay, qəhvə, hətta südlə birlikdə yeyə biləcəyiniz şirniyyat reseptinə kim "yox" deyə bilər ki?

cay-qehve-ucun-sahane-biskotti-resepti
30.08.2022 10:20 1 dəq oxuma

TurpKimi.com  sadə Biskotti reseptini oxucuları ilə bölüşür:

Ərzaqlar:

125 qr marqarin yağı və ya kərə yağı
160 qr şəkər tozu 
150 qr un
2 ədəd yumurta
3 qr qabartma tozu
2 qr soda
 3 qr darçın
1 qr vanil
        

Hazırlanması:

Otaq temperaturunda olan yağı  şəkər tozu ilə birlikdə mikserdə çırpın, yumurta əlavə edin və  bütün quru ərzaqları qarışığa əlavə edin. 

Xəmiri iki bərabər hissəyə  bölün,  35 sm uzunluğu olan  soba nimçəsinə yerləşdirib ovcunuzun içi ilə düzəldin.

Əvvəlcədən 180 dərəcə isidilmiş  sobada 15 dəqiqə bişirin. Bişən biskottilərin soyumağını gözləyin. 

Soyuduqdan sonra  0,5 qalınlığında mişar bıçaq ilə dilimləyib nimçəyə üfüqi şəkildə düzüb, sobada 100 dərəcədə qurudun.

İstəsəniz  xəmrinizin içərisinə qırıq badam, fındıq, kişmiş, qoz əlavə edə bilərsiniz.

Nuş olsun!

Vüsalə Əlövsətqızı, TurpKimi.com

30-08-2022