Çayı bu şəkildə dəmləməyin


Azərbaycan mətbəxində çayın yeri xüsusilə seçilir. Ənənəvi içki olan çay həm şəfa mənbəyidir, həm də sağlamlıq üçün bəzi təhlükələr yarada bilir.

cayi-bu-sekilde-demlemeyin
14.04.2022 19:02 1 dəq oxuma

Təbii ki, düzgün şəkildə istifadə edilməyəndə hər şeyin zərəri olur. 

TurpKimi.com çayın şəfasından faydalanmaq üçün düzgün dəmləmə qaydasından yazacaq. 

Çayın dəm alması üçün yanar ocağın üstünə qoymayın. Çayı uzun müddət dəmə qoymaqla çayın acı dad verməsinə şərait yaradırsız. 

Çayın yaxşı dəm alması üçün ocağın üstündən götürün. Əks halda qastrit, mədə xorası kimi xəstəliklərin yaranmasına qapı açmış olursuz. 

Çayı dəmləyərkən və ya dəmlədikdən sonra yüksək temperaturda saxlamayın. Davamlı olaraq yüksək temperaturda qalan çay içildikdə xərçəng xəstəliyinin yaranmasına səbəb olur. 

Çayın qaynadığını və ya yüksək istilikdə dəmləndiyini necə bilərik?

Bu cür üsulla dəmlənmiş çay ağızda acı dad buraxır. 

Çayı mütləq qaynamamış su ilə dəmləmək lazımdır. Həddindən artıq qaynamış su çaya töküldüyü zaman çayın içərisində bakteriyaların yaranmasına səbəb olur.  

Çayın dadı da məhz dəmləmə üsuluna görə dəyişir. 

Çay dəmləyərkən edilən səhvlərdən biri də çay suyu qaynarkən çayı üst dəmliyə qoyulmasıdır. 

Bu üsulla çay rütubətlənir  və hələ dəmlikdə olarkən bayatlayır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com