Çayı düzgün dəmləmə üsulları - Bu dad o deyil!


“Azərbaycanlı olduğunu demədən göstər” desələr 40 dərəcə istidə içilən Azərbaycan çaylarını samovar ilə birlikdə göstərmək olar.

cayi-duzgun-demleme-usullari
17.07.2025 12:33 4 dəq oxuma

Bizim üçün çayın yerini heç nə vermir. Millət olaraq çayxoruq və çay süfrələri bizim üçün çox böyük önəm daşıyır. Ona görə də çayı kimin və necə dəmlədiyinə ciddi fikir veririk.  

  Çayı dəmləyərkən bunlara diqqət edin! 

Çay dəmləmək əslində bir sənətdir və fərqli üsullarla çayınızın dadını tamamilə başqa bir səviyyəyə qaldıra bilərsiniz. Doğru texnikalarla çay zövqünüzü artırmaq sizin əlinizdədir!

Çay dəmləmək nədir?

Çay dəmləmək təkcə içki hazırlamaq deyil, eyni zamanda bir mədəniyyətin, zövqün və söhbətin başlanğıcıdır. Hər çayın özünəməxsus hekayəsi və dəmləmə üsulu var.

Çayın ətrini və dadını ən yaxşı şəkildə ortaya çıxarmaq doğru dəmləmə texnikasından asılıdır. Çay növünə uyğun suyun temperaturu, dəmləmə müddəti, çay yarpaqlarının miqdarı və dəmlik seçimi kimi bir çox amil çay zövqünüzü zirvəyə daşıya bilər. Budur, hər stəkanda ləzzət dolu çay təcrübəsi üçün addım-addım tətbiq edə biləcəyiniz ən yaxşı çay dəmləmə üsulları:

Ən Yaxşı Çay Dəmləmə Üsulları

1. Ənənəvi Çay Dəmləmə Üsulu

Lazım olanlar: İki bölməli çaydan, keyfiyyətli çay, içməli su.

Addımlar:

Alt çaydana su tökün və qaynadın.

Qaynayan suyun bir hissəsini üst çaydana tökərək üzərinə çay yarpaqlarını əlavə edin. Bu, çayın buxarla dəmlənməsini təmin edir.

Alt çaydana yenidən su əlavə edib qaynadın, sonra bu qaynar suyu üst çaydandakı çayın üzərinə tökün.

Çayı təxminən 10–15 dəqiqə zəif odda dəmləməyə qoyun. Yarpaqlar dibə çökəndə çay içməyə hazırdır.

Vacib məqam: Təzə sudan istifadə edin və dəmləmə müddətini uzatmayın. Çox dəmləndikdə çay acı ola bilər.

2. Açıq Çay Sevənlər Üçün: Yüngül Çay Dəmləmə

Lazım olanlar: Çaydan, az miqdarda çay yarpağı, qaynar su.

Addımlar:

Çaydandakı yuxarı hissəyə az çay qoyun və üzərinə qaynar su töküb 5 dəqiqə gözləyin.

Alt çaydandakı su ilə qarışdırın — nəticədə yüngül, açıq rəngli çay əldə edəcəksiniz.

İncə məqam: İstədiyiniz yüngüllüyə görə çay miqdarını tənzimləyə bilərsiniz. Bu üsul açıq çay sevənlər üçün idealdır.

3. Paket Çay Dəmləmə Üsulu

Lazım olanlar: Demlik paket çay, içməli su, fincan.

Addımlar:

Fincana bir paket çay qoyun və üzərinə qaynar su əlavə edin.

3–4 dəqiqə dəmləyin, sonra paketi çıxarıb çayı servis edin.

İncə nöqtə: Çayı çox uzun müddət suda saxlamayın, əks halda acı dad verə bilər.

4. Stəkanda Dəmləmə Üsulu

Lazım olanlar: Filtrli stəkan, quru çay yarpaqları, qaynar su.

Addımlar:

Stəkan filtrini fincana yerləşdirin və üzərinə çay yarpaqları əlavə edin.

Fincanı qaynar su ilə doldurun və çayı 3–5 dəqiqə dəmləyin.

Filtri çıxardıb çayı servis edin.

Əsas nöqtə: Bu üsul aromatik və açıq rəngli çaylar üçün uyğundur. Qara çaylar üçün də istifadə edilə bilər, amma dəmləmə müddətinə diqqət edin.

5. Soyuq Dəmləmə (Cold Brew) Çay Üsulu

Lazım olanlar: Soyuq içməli su, quru çay yarpaqları və ya paket çay, soyuducu.

Addımlar:

Sürahiyə çay əlavə edin və üzərinə soyuq su tökün.

Soyuducuda 8–12 saat saxlayın.

Dəmlənmiş çayı süzüb soyuq şəkildə servis edin.

İncə  nöqtə: Xüsusilə yay aylarında təravətləndirici bir seçimdir. Bu üsul çayın təbii dadını daha yumşaq və yüngül şəkildə ortaya çıxarır.

6. Yaşıl Çay və Bitki Çayları Üçün Xüsusi Dəmləmə

Lazım olanlar: İçməli su, yaşıl çay və ya bitki çayı, çaydan və ya fincan.

Addımlar:

Yaşıl çay üçün suyu qaynadın, amma sonra 2–3 dəqiqə soyumağa buraxın (təxminən 80–85°C).

Çayı isti suya qoyun və 2–3 dəqiqə dəmləyin, sonra servis edin.

İncə  nöqtə: Yaşıl çay və digər həssas çaylar qaynar su ilə dəmlənəndə acı dad ala bilər. Suyun istiliyini azaldaraq daha yumşaq və ləzzətli nəticə əldə edə bilərsiniz.

Çay Dəmləmənin Ümumi QAYDALARI

Təzə Su İstifadəsi: Çayın dadını artırmaq üçün içməli (filtrlənmiş) sudan istifadə edin. Krant suyu çayın dadını poza bilər.

Doğru Nisbət: 1 fincan üçün 1 çay qaşığı quru çay istifadə etmək ideal hesab olunur.

Dəmləmə Müddəti: Çayı çox uzun müddət dəmləmək acı və xoş olmayan bir dad verə bilər.

Yaxşı Çaydan Seçimi: Keramika və ya şüşə çaydanlar çayın aromatik xüsusiyyətlərini daha yaxşı qoruyur və asan təmizlənir.

Düzgün üsulla dəmlənmiş bir stəkan çay, gününüzü daha xoş və zövqlü edə bilər. İndi çay saatınız daha xüsusi olacaq! 

Vüsalə Əlövsətqızı, TurpKimi.com