Azərbaycan çayın daha çox istifadə edildiyi ölkələrdən biridir. Səhər yuxudan duran kimi çay içirik, axşam süfrə ətrafında çay içə-içə söhbət edirik.
Həyatımızda bu qədər yer tutan çayı yaxşı dəmləməyin sirlərini bilirikmi?
TurpKimi.com ləzzətli çay dəmləməyin ipuclarını təqdim edir:
İlk növbədə dəmləyəcəyiniz çayın təmiz olmasına diqqət yetirin. Çayı çaydana tökmədən öncə bir neçə dəfə yumaq lazımdır. Bu çayı tozundan təmizləyir.
Çayı çaydana tökürük və ocağa qoyuruq, qaynatmadan götürürük. Daha sonra kənara qoyub 1-2 dəqiqə gözləyirik. Çayın dibinə çökməsi onu daha ləzzətli edəcək.
Çayın dəmlənmə müddəti də dadına təsir edən amillərdən biridir. Çaydan ocaqda nə qədər çox qalsa bir o qədər dadı acı olar. Suyun çox qaynar olması çayın dadını qaçırır. Bu səbəblə də çay dəmləmək üçün istifadə edəcəyiniz digər sirr də suyu qaynatdıqdan sonra dərhal çaydana tökməməkdir. Suyun soyumasını gözləyin və daha sonra çayı qaynatdığınız suyun içinə əlavə edin.
Çay bəzi ətir vericilər əlavə edin. Mixək çaya daha fərqli bir dad verir. Mixəyi çayı dəmlərkən çaydana atın, qoxusunun çaya çıxmasını gözləyin.
Çaysevərlərin çoxu çaya kəklikotu, qantəpər, nanə ataraq da içirlər.
Mixəklə yanaşı darçın, hil, yelcəviz, ya da vanil də çaya dad verir.
Çayı həm dəmir, həm şirəli, həm də şüşə çaynikdə dəmləyə bilərsiz.
Çayı içərkən qəndi və ya şəkəri içinə töküb, qarışdırıdıqdan sonra için.
Vüsalə Əlövsətqızı, TurpKimi.com