Hər gün çay dəmləyəndə hər birimiz xəstəliklərə yol açan bu səhvi edirik.
Ölkəmizdə ən çox sevilən içkilərdən olan çay səhv dəmləndiyi halda bir çox xəstəliyə səbəb olur. Odur ki, çayı dəmləyərkən bir neçə qaydalara əməl etmək lazımdır. Əks halda dəmlədiyiniz çay sağlamlığınızı riskə ata bilər.
TurpKimi.com çay dəmləməyin vacib qaydalarını təqdim edir:
Acımaması və uzun müddət dadını itirməməsi üçün çayı ocağın üzərində saxlamayın. Bu zaman çayın dadı daha da acışır. Ona görə də çayı yaxşıca dəmlədikdən sonra mütləq ocağın üzərindən götürün. Əks halda mədədə qastrit və xora xəstəliyinin yaranmasına səbəb olur.
- Çayı dəmləyərkən və ya dəmlədikdən sonra da yüksək istilikdə saxlamayın. Yüksək istilikdə dəmlənən və qalan çay insan sağlamlığı üçün təhlükəlidir.
- Yüksək istilikdə dəmlənən və isti-isti içilən çay sonrakı mərhələlərdə xərçəng xəstəliyinə yol açır.
- Çöldə çay içərkən yüksək istlikdə dəmlənib-dəmlənmədiyini ağzınızda buraxacağı acı daddan anlaya bilərsiniz.
- Çayı qaynamamış su ilə dəmləməlisiniz. Çox qaynadılmış suyu çayın üzərinə tökdükdə tərkibində bakteriyaların yaranmasına səbəb olur. Məhz çayın dadının acıması da burdan qaynaqlanır.
- Çayı dəmləyərkən edilən yanlışlardan biri də dəm çaynikini çaydanın suyu isti olduğu üçün üzərinə qoymaqdır. Bu üsulla çay rütubət çəkir və dəmləmədə qaldığı üçün bayatlaşır.
Firuzə Alimova / TurpKimi.com