Çay sevərlərin xüsusi nəzərinə...
Çay sağlam bir içkidir, çünki bəzi insanların soyuq su içmək istəmədiyi qışda bədəndəki maye səviyyəsini artırmağa kömək edir.
Səhərlər ilıq çay içmək bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Alimlər aşkar ediblər ki, çayın tərkibində antioksidant xüsusiyyətlərə malik polifenolik birləşmələr var.
Tədqiqatçıların fikrincə, çayın tərkibindəki antioksidantlar diabet xəstəliyinin qarşısını almağa və qocalmanı yavaşlatmağa kömək edir. Bundan əlavə, alimlər içkinin ürək-damar sisteminin vəziyyətini yaxşılaşdıra biləcəyini müəyyən ediblər.
Əvvəllər bildirilirdi ki, çayda qəhvə kimi qan təzyiqinin səviyyəsinə təsir edə bilən kofein var. Lakin daha sonra Qərb tədqiqatçıları gözlənilməz nəticəyə gəliblər. Belə ki, yaşıl çay düzgün istehlak edildikdə sistolik qan təzyiqinin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.
Firuzə Alimova / TURPKİMi.COM