Çayın sümüklərə bilmədiyimiz faydaları


Hər gün 20 stəkan çay içmək sağlamlıq üçün...

cayin-sumuklere-bilmediyimiz-faydalari
11.07.2022 13:32 1 dəq oxuma

Qara çayın tərkibində olan maddələr bağırsaq mikroflorasına yaxşı təsir göstərir, çəkinin azalmasına imkan yaradır.

Çay qanda xolestronun səviyyəsini aşağı salır. Bununla ürək-damar sisteminin fəaliyyəti stabilləşir, orqanizmdə gedən mübadilə prosesləri tənzimlənir, qaraciyər piylənmədən qorunur. Lakin çayın həmin xüsusiyyətlərindən faydalanmaq üçün onu qəndsiz, şirniyyatsız və heç bir qatqı olmadan içmək lazımdır.

Yapon alimlərinin qara çay barədə verdiyi açıqlamalar da maraq doğurur. Onlar hər gün 20 stəkan çay içməyin sağlamlıq üçün böyük əhəmiyyət daşıdığını bildiriblər.

Qara çayın tərkibində olan antioksidantlar yaşlılarda sümük əriməsi və zəifləməsi kimi xəstəliklərin qarşısını alır, sümük toxumasına zərər verən maddələri yox edir. Alimlər həmin xəstəlikdən yaxa qurtarmaq üçün üç gün ərzində 60 stəkan çay içməyi məsləhət görüblər.

Yazılıb: 02.09.2019

Firuzə Alimova / TurpKimi.com