Çayınızın rəngini dəyişin - Soyuq mavi çayın hazırlanma qaydası


Bu isti havalarda içinizi sərinlədəcək maraqlı bir çay reseptimiz var. 

cayinizin-rengini-deyisin
09.06.2023 22:49 1 dəq oxuma

TurpKimi.com soyuq mavi çayın  reseptini oxucuları ilə bölüşür:

4 ədəd mavi çay bitkisi (Butterfly tea)
2 damcı vanilin ekstraktı
İsti su

Ləzzətli çay necə hazırlanır?

Əvvəlcə dəmliyə  bitkiləri əlavə edin, daha sonra isti su tökün. Dəm almağı üçün gözləyin. 

Bitki rəngini suya  verdikdən sonra 2 damcı vanilin ekstraktı əlavə edib çayın soyumağını gözləyin. 

Çay soyuduqdan sonra istəyə görə  buz ilə servis edin. 

Diqqət!

Rəngi ilə diqqətləri özünə cəlb edən bu çaydan çox içmək olmaz. Gündə maksimum 2 fincan içməlisiniz. Hamilələr və xroniki xəstəlikləri olanlar içməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.

Vüsalə Əlövsətqızı, TurpKimi.com