Xiyar 95 faizi sudan ibarət olan, tərkən yeyilən, salat və sendviç içərisində istehlak edilən, habelə turşu istehsalında da tez-tez istifadə edilən bir qidadır.
TurpKimi.com xiyarın çoxlarının indiyədək bilmədiyi faydalarından yazacaq:
Mövsümündəykən bu tərəvəzin dadını doya-doya çıxarda bilərsiz. Həm canınız sağlam, həm də enerjiniz bol olacaq.
AŞAĞI KALORİLİ QİDALAR SIRASINDA
Təxminən 100 qramı 16 kaloridir, yəni çox aşağı kalorili qidalar sırasındadır. Az miqdarda zülal və yağ, böyük miqdarda karbohidrat vardır. Lifli qidadır, qlisemik indeksi aşağı salır, bu səbəblə də şəkər xəstələri t asanlıqla yeyə və həzm edə bilir.
VİTAMİN VƏ MİNERAL ANBARI
Təxminən 1 orta boy xiyar gündəlik K vitamini ehtiyacının təxminən 19 faizini, pantotenik turşusunun 5 faizini, fosfor, mis, manqan və C vitamininin isə 4 faizini ödəyir. Bundan əlavə xiyarda B1 vitamini, biotin, maqnezium, kalium, kalsium kimi vitamin və minerallar da var.
ARIQLAMAQ İSTƏYƏNLƏRİN ƏVƏZOLUNMAZI
Kilo vermək istəyənlər üçün xiyar, aşağı kalori və bol su ehtiva etdiyi üçün əvəzolunmazdır. Su nisbətinin yüksək olması, dehidrasiyanın, yəni susuzluğun və qəbizliyin da qarşısını alır.
XƏRÇƏNGDƏN QORUYAN XÜSUSİYYƏTİ OLAN QİDA ELEMENTLƏRİ EHTİVA EDİR
Xiyarın tərkibində xərçəng önləyici xüsusiyyəti olan liqnanlar və cucurbitakinlər olmaq üzrə 2 tip fitokimyəvi qida elementi var. Son illərdə cucurbitakinlərin xərçəng dərman vasitələrində istifadə edilə biləcəyi haqqında ümidverici irəliləyişlər var. Xiyarın içindəki cucurbitakin B, pankreatik xərçəng hüceyrələrinin böyüməsini əngəlləyir, liqnanlar isə esterogenlə əlaqəli xərçəng (yumurtalıq, döş, endometrium və prostat) növlərini azaldır.
XƏSTƏLİKLƏRLƏ MÜBARİZƏDƏ TƏSİRLİDİR
Xiyarda olan fitokimyəvi maddələr və antioksidantlar ürək-damar xəstəlikləri ilə mübarizədə əhəmiyyətlidir.
XOLESTERİNİ AŞAĞI SALIR
İçində olan sterol adı verilən maddələr xolesterin səviyyəsini azaldır.
SÜMÜK SAĞLAMLIĞINI QORUYUR
Tərkibində olan K vitamini sümük sağlamlığını qoruyur.
GÖZLƏRDƏKİ ŞİŞKİNLİYƏ YAXŞI TƏSİR EDİR
Üzə çəkdikdə üz dərisinə soyuducu və rahatladıcı təsir göstərir. Tərləməni azaldır. Gözlərdə şişkinliyin aradan qaldırılmasına yardımçı olur. Həmçinin gün yanıqlarının müalicəsində istifadə edilə bilər.
AĞIZ QOXULARINI MƏHV EDİR
İçərisində olan fitokimyəvi maddələr ağızda bakteriyaları öldürərək ağızda pis qoxuların yaranmasını aradan qaldırır.
QABIĞI DA DƏNƏLƏRİ QƏDƏR DƏYƏRLİDİR
Xiyar qabığı və dənələri ilə birlikdə inanılmaz faydası olan tərəvəzlərdəndir. Qabığında C vtamini olduğu üçün soyulmadan yeyilməsi təklif edilir. İstər tağdan qoparıb istehlak edin, istər salat və ya sendviçə əlavə edin. Sağlamlığınız üçün faydalarını unutmayın.
Vüsalə Əlövsətqızı, Turpkimi.com