Cəmi 2 kilo arıqlayanda bədəndə nələr baş verir?


Arıqlamaqda çoxları çətinlik çəkir. Bəzən bir neçə kilo verərkən güzgüdə heç bir dəyişikliyin baş verdiyini sezə bilmirsiz.

cemi-2-kilo-ariqlayanda-bedende-neler-bas-verir
10.05.2024 00:40 2 dəq oxuma

Əslində vəziyyət başqadır.  Cəmi 2 kilo arıqlamaqla orqanizmdə köklü dəyişikliklər baş verir. 

Turpkimi.com 2 kilo arıqladıqdan sonra bədəndə baş verən 13 dəyişikliyi təqdim edir:

Yağ hüceyrələriniz azalacaq

Kilo vermək üçün indi daha az güc sərf edəcəksən. Bədəniniz yağ hüceyrələrindən qidalanmağa başlayacaq və bu hüceyrələr günü-gündən kiçiləcək. 

Qan şəkərin nizama girəcək

Pankreas-mədəaltı vəz  ətrafında yığılan yağlar qan şəkərinə nəzarət edən beta hüceyrələrinə təzyiq edir. Beta hüceyrələri bu təzyiq nəticəsində yetərli  qədər  insulin hormonu ifraz edə bilmir və bu vəziyyət  də qan şəkərinə nəzarəti sıradan çıxardır. Diyetlə birlikdə yağlanma azalır və pankreas yenidən düz işləməyə başlayır. Nəzarət edilməyən qan şəkəri bütün bədənə zərər verə bilir.

Özünü daha ac hiss edə bilərsən

Leptin hormonu xüsusilə yeməklərdən sonra yağ hüceyrələriniz tərəfindən ifraz olunur. Bu hormon nisbətinin yüksəlməsi və qana qarışması ilə beyninizə doyduğunuza və yemək yeməyi dayandırmağa dair bir siqnal gedir. Sən bəslənmə planını dəyişdirdikdən və kilo verməyə başladıqdan bir müddət sonra bədənində yağlar əriyəcək və  leptin hormonunun ifraz olunması da azalacaq. Buna görə beynin normalda öyrəşdiyi  doyma müddətini seçə bilməyəcək və aclıq hissin artacaq. Kalori istehlakın azaldıqca, beyninə aclıq siqnalı göndərən qrelin hormonunun ifrazı artacaq.

Metabolizma sürətli işləyəcək 

 Kilo verdikcə maddələr mübadiləsi sürətlənəcək, çünki bədəninin gündəlik kalori ehtiyacı kiloya paralel olaraq azalacaq. Bu insanın kilosuna görə dəyişir. 

Oynaq ağrıların azalacaq

Əslində çox məntiqlidir. Kilon artdıqca, sümüklərinə düşən yük də artar. Sən hərəkət etdikcə oynaqlarının da hərəkəti çətinləşir. Kilo verdiyin anda oynaqların da dincəlir. 

Ürəyin daha sağlam olacaq

Çəkinin çox olması ürəyin işini çətinləşdirir. Yəni ürəyə vurulan qanın miqdarı artdıqca ürəyin iş yükü də çoxalır.  Artıq çəkidən əziyyət çəkənlər ürək xəstəliklərinə 2 dəfə  daha çox tutulurlar. 

Yuxunuz nizamlanacaq

Dərin və keyfiyyətli yuxunu kim istəməz ki? Pensilvaniya  Universitetində aparılan araşdırmaya görə, kilonun az da olsa itirilməsi  yuxu keyfiyyətini artırır. 

Təzyiqin düşəcək

Həddindən artıq çəkisi  olanların təxminən 40 faizi yüksək təzyiqdən şikayətlənir. Sizcə bu təsadüfdürmü? Çünki daha çox kilo demək, damarların daha çox qan daşıyacağı mənasını verir. Kilonu azaltmaq damarların çiyinlərindəki yükü avtomatik olaraq azaldır. 

Özünüzü xoşbəxt hiss edəcəksiz

Artıq çəkiyə görə özünü depressiyaya salan insanlar yalnız bir neçə kilo verdiklərində belə özlərini daha xoşbəxt hiss etməyə başlayırlar. Ortalama olaraq 8 faiz  nisbətində kilo itirildiyində xoşbəxt olma hissində   artım müşahidə edilməyə başlayır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com