Cəmi 5 dəqiqə saxlamaqla dəridəki dəyişikliyə inanmayacaqsınız - ÜZ MASKASI


Üzünə qulluq edənlərin istifadə edəcəyi daha bir resept...

cemi-5-deqiqe-saxlamaqla-derideki-deyisikliye-inanmayacaqsiniz
07.06.2021 14:10 1 dəq oxuma

TurpKimi.com budəfəki yazısında sizə çox sadə və təhlükəsiz üz maskası təqdim edəcək. Bir neçə istifadədən sonra maskanın üzünüzü ləkələrdən, çirkdən təmizlədiyini və cavanlaşdırdığını müşahidə edəcəksiniz.

Maska üçün istifadə edəcəyiniz vasitələrin hamısı təbiidir və həqiqətən üzünüzdə möcüzəvi dəyişiklik yaradacaq. Çünki söyləyəcəyimiz maska üzü bütün çirklərədən təmizləyir və dərini ipək kimi gözəl edir.

Lazım olanlar:

Çay sodası

Alma sirkəsi

Bal

½ limon

Hazırlanması:

Bir çay qaşığı alma sirkəsini yarım stəkan suda qarışdırın. Daha sonra çay sodasını asta-asta qarışımın üzərinə əlavə edin. Limon suyunu və balı da əlavə edib qarışdırın.

İstifadəsi:

Əvvəlcə üzünüzü ilıq su ilə yuyun. Üzünüz makiyajdan tam təmizlənmiş olmalıdır və ilıq su dərinizdəki məsamələri açmalıdır. Daha sonra hazırlanmaş maskanı üzünüzə sürtün və 5-10 dəqiqə saxlayın. İsti su ilə yaxşıca yuyun, ardınca soyuq su ilə yuyun ki, dərinizdəki məsamələr sıxlaşsın. Dərinizin çox qısa müddət ərzində parıldadığını və möhtəşəm göründüyünü hiss edəcəksiniz.

Firuzə Alimova / TurpKimi.com

Yazılıb: 05.03.2021