İnsanın yatmaq tərzi üz dərisinə təsir edir...
Cenifer Lopez üzündə qırış olmaması üçün arxası üstə yatır.
Bu barədə gözəllik eksperti və keçmiş plastik cərrah köməkçisi Mişel Silva qırışlarla mübarizə aparmağın mükəmməl yolu barədə açıqlama verərkən deyib.
O etiraf edib ki, yaşla mübarizənin bütün üsullarını öyrənir.
Silva plastik cərrahın köməkçisi işlədiyi dövrdə həkimin xəstələrdən hansı vəziyyətdə yatdıqlarını soruşduğunu eşitdiyini deyib.
Öyrənib ki, insanın yatmağa üstünlük verdiyi poza onun üzünün vəziyyətinə təsir edir.
“İnsan ən çox üzünün hansı yarısında yatırsa, qırışlar da ən çox orada olur. Ancaq bu problemi həll etməyin bir yolu var. Plastik cərrah həmişə pasiyentlərinə deyirdi ki, narahat olsalar belə arxası üstə yatmağı öyrənməlidirlər. Heç vaxt üzünü yastığa basdırıb qarın üstə yuxuya getməyin”, - deyə Silva xəbərdarlıq edib.
Gözəllik eksperti qeyd edib ki, yaşından çox gənc görünən 52 yaşlı Cenifer Lopez kimi bir çox məşhurlar arxası üstə yatır.
Lenta.ru / Oxu.az