Azərbaycanda çətin vəziyyətdə olan baxımsız uşaqlarla bağlı qiymətləndirmə aparılacaq.
"Çətin həyat şəraitində yaşayan, baxımsız uşaqların və onların ailələrinin sosial xidmətə tələbatı qiymətləndiriləcək".
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov bildirib.
Onun sözlərinə görə, qiymətləndirmə Agentliyin filiallarının fəaliyyət göstərdikləri ərazilər üzrə həyata keçiriləcək: "Bu sahədə müvafiq icra hakimiyyətləri ilə birgə əməkdaşlıq ediləcək".
Sədr əlavə edib ki, bu istiqamətdə görüləcək tədbirlər çərçivəsində artıq Agentliyin təqdim etdiyi sosial xidmətlər, o cümlədən məişət zorakılığı halları və çətin həyat şəraitində yaşayan uşaqlarla bağlı habelə online-psixoloji dəstəyin göstərilməsi ilə əlaqədar müraciətlərin cavablandırıldığı Qayğı Çağrı Mərkəzi yaradılıb: "Hər kəs 116-123 qısa nömrəsinə zəng edərək göstərilən xidmətlər barədə məlumat ala və bundan yararlana bilər".