Yer üzünü isladan, bitkilərə can verən yağışın insanlara da faydaları vardır.
TurpKimi.com xəbər verir ki, yazın nəfəsi duyulmaqdadır və yağışlı havalar da özünü göstərməyə başladı. Çətirlərinizi bağlayın və qoyun yağış sizi islatsın. Yağışın faydalarından yazaq.
Saçlar üçün faydalıdır
Leysan yağışa düşdükdə saçınız islandıqdan sonra quruyanda bilirsinizmi nə qədər yumşaq olur? Havada çirklənmə yoxsa, yağış suyunu yığıb saçları yumaq saç dibləri, dəri, saç üçün faydalıdır.
Üzünüzü yuyun
Topladığınız yağış suları ilə səhərlər üzünüzü yuyun. Üzünüzü yuduqdan sonra yumşaq dəsmalla qurulayın.
Çiçəklərinizi sulayın
Azot və oksigen birləşmələri çiçəkləri qidalandırır. Sürətlə böyüməsinə və rənglərinin canlı olmasına kömək edir, bitki köklərini gücləndirir.
Yağış suyunu içə də bilərsiniz
Xüsusilə yaz aylarında, çirklənmənin olmadığı ərazilərdə yağan yağışlardan içmək xeyirlidir. Daxili orqanlar və vücud üçün faydalıdır.
Ütü üçün istifadə edə bilərsiz
Yağış suyunu toplayaraq buxarla işləyən ütülərə su əvəzinə tökə bilərsiniz. Ütü kirəclənməz və pas buraxmaz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com