Cib telefonunu yatarkən şarj etsək nə olar?


Yolda olarkən telefon batareyasının qırmızıya döndüyünü görmək müasir dövrün xoşagəlməz problemlərindən biridir.

cib-telefonunu-yatarken-sarj-etsek-ne-olar
07.01.2020 21:19 2 dəq oxuma

İndi elektron poçtlarınıza necə nəzarət edəcəksiniz? Ya da az əvvəl ağlınızdan keçirdiyiniz əyləncəli Tviti aşağı batareya  ilə necə göndərəcəksiniz?

 Bunun üçün telefonunuzu bir gecəyə şarj etmək sadə həll kimi görünə bilər, oyandığınızda şarjınız tamdır və istifadəyə hazırdır. Ancaq bu, hər vaxt doğru deyil.

Mütəxəssislər şarj alətinə taxılı qalan telefonun sağlamlıq üçün ciddi təhlükə törədəcəyi haqda  xəbərdarlıq  edir.

TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki,  eko-memar firmalarından biri  olan "Gale & Snowden"nin nümayəndəsi David Gale sinir sistemimizin çox  aşağı gərginlikli elektriklə işlədiyini qeyd edib. 

 "Beynimiz, əzələlərimizə mesaj göndərmək üçün elektrikdən istifadə edir. Şarja taxılı oln telefon isə yuxu əsnasında bizə müdaxilə edə bilir". 

 Bəzi insanlar şarjdakı telefonun və ya başqa bir elektronik texnikanın yaxınlığında  yata bilmir. 

Yuxu əsnasında yatağınıza və ya yastıqlarınızın altına şarjlı telefon yerləşdirmək olmaz, çünki bu beyninizdə böyük zədələrə yol aça bilər.

Bunun səbəbi telefon elektrikə  taxılı olarkən batareyanın isinməsi və beyin funksiyaları ilə reaksiyaya girməsidir.

 İstehlakçı əlaqələri üzrə mütəxəssis Dominik Litlvud (Dominic Littlewood)   telefonu şarj edərkən bir qaba yerləşdirməyi məsləhət görür. Qab istiliyi  özünə çəkəcək və siz bu əsnada daha rahat yata biləssiniz. 

Telefonu gecə boyu şarj etmək tək insan sağlamlığına deyil, telefon batareyasına da zərər verir. Mütəxəssislər bununla əlaqədar olaraq telefonunuzu hər vaxt 100  faiz şarj etməməyi təklif edir.

Veb saytlarındakı müxtəlif şərhlərə görə telefonun uzun müddət və davamlı şarjda qalması batareyanın ömrünü qısaldır. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com