Yazın gəlişi ilə çiçəklərin də fəsli açıq elan edilir.
Həm əzizlərinizi və doğmalarınızı sevindirmək, həm də bağçaya xüsusi gözəllik vermək üçün çiçək hədiyyə etmək ən düzgün seçimdir.
Bəs, çiçək seçimini necə etmək lazımdır? Hansı çiçəyi kimə hədiyyə etməli?
TurpKimi.com hədiyyə seçimində çiçəklərə üstünlük verənlər üçün bəzi ipucları təqdim edir:
Beləliklə, hansı çiçəyin mənası nədir?
Pion
Ən geniş istifadə edilən buket çiçək olan pion romantizm və rifahı əks edir. Bundan başqa, bu qabarıq gözəl çiçəklərin şans gətirəcəyinə inanılır.
Qızılgül
Bu klassik çiçək Sevgililər Günü üçün də ən populyar seçimdir. Çünki qırmızı güllər romantizmin, sevgi, gözəllik və mükəmməlliyin rəmzidir.
Gerbera qızçiçəyi
Qızçiçəyi gözəlliyi məsumluğu və saflığı təcəssüm etdirir. Qızçiçəyinin böyük bir növü olan Gerbera eyni zamanda sevinc bəxş edir. Xoşbəxt bir an üçün alınan favorit çiçəklərdir.
Zanbaq
Dünyanın ən populyar çiçəklərindən olan zanbaqlar sevgi rəmzidir. Zərif bir hədiyyə almaq istəyənlər xüsusi günlərdə zanbaq seçimi edə bilər.
Kasa Blanka Zanbaqları
Bu ağ çiçəklər gözəllik, sinif və stilin rəmzidir. Mürəkkəb tərzi olanlar bu zanbaqlardan böyük bir buket hazırlaya bilər.
Orxideya
Səhləblər məlum olduğu kimi nadir çiçəklərdir. Bu səbəblə sevginin, gözəllik, lüks və gücün rəmzidir. Klassikanı deyil, dəbdəbə sevənlər orxideyanı seçim edə bilər.
Qərənfil
Yeni başlamış bir sevgi və qığılcım deməkdir. Həm sərfəli, həm şən, həm də gözəl qoxuyan çiçək növüdür.
Sarmaşıq
Sarı, mavi- bənövşəyi və ağ rənglərdə olanlar inam və ümidi təmsil edir. Bu çiçəklərlə parlaq bir kombinasiya yaratmaq istəyirsinizsə, qırmızı lalə (zanbaq) və qızçiçəyi ilə qarışdıra bilərsiz.
Gardeniya
Çox gözəl qoxuyan bu zərif çiçəklər saflıq və sevinci ifadə edir. Daha dərin, nostalji sevgini təmsil edir. Bahalıdır və tək-tək satılır.
Vüsalə Əlövsətqızı, TurpKimi
Dərc olunub: 06-03-2020