Təkcə qışda qulaq, burun və boğaz xəstəliklərinə tutulduğunuzu zənn edirsiz? Yanılırsız.
TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki, lor həkimləri yay aylarında da qulaq, burun və boğaz xəstəliklərindən qorunmalı olduğumuzu bildiriblər.
1) Qulaq göbələyi
Qulağı nəmli saxlamaqla qulaq göbələyinin artmasına səbəb olursuz. Xərçəng və ya diabet xəstələri xüsusilə risklidir. Çünki göbələk fürsətçil mikroorqanizmdir.
2) Qulaq tıxacı taxın
Göbələk xəstəliyinə tutulmamaq üçün qulağı nəmli saxlamayın. Qulağa su girməsinə imkan verməyin. Diabet varsa və ya xərçəngdən müalicə alırsınızsa dənizə girərəkən qulaqcıqlardan istifadə edin.
Qulaq göbələyi damcı və kremlərlə müalicə olunur. Müalicəsi xarici qulaq infeksiyasından daha uzun gedir.
3) Qulağın hər iki tərəfində hava təzyiqinin qeyri-bərabər olması qulaqda ağrılara səbəb olur. Bu balans ən çox təyyarə ilə gedərkən pozulur.
4) Burunda tıxanma, sinus problemi və ya allergik xəstəliyiniz varsa, təyyarəyə minmədən öncə burnu açan spreylər istifadə edin. Enmə əsnasında isə su için və ya saqqız çeynəyin.
5) Boğaz infeksiyalarının qışda daha çox olduğu düşünülür. Ancaq yayda daha tez-tez rast gəlirik. Bunun səbəbi soyuq içkilərin istehlakı deyil, çöldə olarkən içilən içkilərin anti-sanitar şəraitdə dondurulan buzlarıdır. Buzlar buz qutularının içərisinə əllə qoyulur. Əlin buzla təması onu mikrob yuvasına çevirir. Nəticədə badamcıq iltihabı və ya faringit yaranır. Ona görə də çöldə olarkən içkilərdə buzun istifadəsinə diqqət edin. Sanitar vəziyyətə mütləq nəzarət edin. Özünüzlə buzlu içki aparın ya da getdiyiniz yerdə birdəfəlik buzlardan istifadə edin.
6) Başqa bir təhlükə də tez-tez çıxarılan, qapağı açılıb-örtülən soyuducularda saxlanılan dondurmalardır. Dondurma yeyərkən boğazınızın şişdiyini hiss edirsiz. Buna səbəb dondurmanın mikroblu olmasıdır. Etibar etdiyiniz yerdən dondurma almağa çalışın.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yazılıb: 17.06.2019