Çimərliklərdə suyun temperaturu 29 dərəcə isti olacaq


Sabah dəniz havası olacaq...

cimerliklerde-suyun-temperaturu-29-derece-isti-olacaq
15.07.2025 16:14 1 dəq oxuma

Azərbaycanda iyulun 16-da çimərliklərdə zəif cənub-şərq küləyi əsəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-29 dərəcə isti olacaq.

TURPKİMİ.COM