Çimərliyə gedənlər, ehtiyatlı olun! - Külək güclənəcək


İyulun 17-nə olan hava durumu.

cimerliye-gedenler-ehtiyatli-olun
16.07.2019 15:36 1 dəq oxuma

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 21-25, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 17-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Əhvalınızın istənilən havada gözəl olması arzusuyla TurpKimi.com