Səhiyyə naziri gileylənib...
Zimbabve dövlətinin səhiyyə naziri Devid Parirenyatva Çində istehsal olunub, ölkəyə idxal olunan kişi kontraseptivlərindən gileylənib.
TurpKimi.com bildirir ki, nazir rəsmi çıxışlarının birində prezervativlərin ölçüsünün Afrika ölkələri sakinləri üçün uyğun olmadığını bildirib.
Qeyd edilir ki, nazir belə bir açıqlamanı ölkədə VİÇ və QİÇS kimi xəstəliklərin profilaktikası məsələsinə görə verib. O, hesab edir ki, Zimbabvedə yerli istehsal prezervativlər hazırlanmalıdır.
Nazirin bu çıxışına Çinin nəhəng prezervativ istehsalçısı olan kompaniyaları dərhal cavab veriblər. Onlar nazirin iradını nəzərə alıb, ölçü baxımından çeşidlərini artıracaqlarını vəd ediblər.
Medicina.az