Çin koronavirusla mübarizədə bu üsuldan faydalanıb


Bir çox virus və bakteriyaların məhv edilməsində təsirli olan terapiya...

cin-koronavirusla-mubarizede-bu-usuldan-faydalanib
22.03.2020 22:10 1 dəq oxuma

Çin koronavirusun yeni növü olan COVİD-19 virusu ilə mübarizədə Ozon Terapiyasından faydalanıb.

TurpKimi.com “Sabah.com.tr”yə istinadla xəbər verir ki, AİDS, Viral Hepatit, Herpes və buna bənzər viruslara qarşı güclü təsirə malik olan Ozon Terapiyası koronavirusla mübarizədə də müsbət təsir göstərib.

Ozon adi toxunuşla insanlara keçən bütün virus və bakteriyaların hüceyrə membranlarını parçalayaraq yox etmək xüsusiyyətinə malikdir.

Bundan başqa, içməli və hovuz sularının dezinfeksiya edilməsində də təsirlidir.

Ümumdünya Sağlamlıq Təşkilatının pandemiya elan etdiyi COVİD-19 virusuyla mübarizədə də ozon həm dezinfeksiyaedici, həm də müalicə üsulu kimi istifadə edilərək müsbət nəticələr əldə edilib.

Xəstələrə qan yolu ilə verilən tibbi ozon qazı bədənin müqavimətini artırıb, sağalma müddətini qısaldaraq sürətləndirib. Çünki ozon virusa yaxalanmış insanların immun sistemlərinə xəbərdarlıq edərək onu gücləndirir və qoruyur.

Firuzə Alimova / TurpKimi.com