Çin koronavirusla necə bacardı? - Heç kimin gözünün yaşına baxılmayıb - VİDEO


Çin səhiyyəsini təbrik etmək olar.

cin-koronavirusla-nece-bacardi-hec-kimin-gozunun-yasina-baxilmayib-video
22.03.2020 13:07 1 dəq oxuma

Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla bağlı açıqladığı statistikaya diqqət etdikdə dünyada ən çox yoluxma halının rast gəlindiyi ölkələr sırasında Çin birincidir.  Məlum məsələdir ki, virus ordan da bütün dünyaya yayılmağa başladı.

Ötən ilin dekabr ayından davam edən yoluxma və ölüm halları bu günə qədər Çindən ancaq pis xəbərlərin gəlməsinə səbəb olurdu. Ancaq Çin ən çətin işin öhdəsindən gəlməyi bacardı. Artıq Çinin xəstəxanlarına virusa yoluxma ilə bağlı müraciət edənlərin sayı kəskin azalıb.

Bəs 1 milyard 403 milyondan çox əhalisi olan Çin sürətlə yayılan və vaksini olmayan koronavirusun yeni növü ilə necə bacardı?

Belə ki, ölkə karantinlə başlatdığı mübarizəni elm və texnologiyanın sayəsində davam etdirib.

TurpKimi.com Türk mediasına istinadla görüntüləri təqdim edir:

Firuzə Alimova / TurpKimi.com