Uhan bazarındakı heyvanlar üzərində aparılan testlərin hamısı mənfi nəticə verib.
Çin Səhiyyə Mərkəzinin alimləri apardıqları araşdırmalar nəticəsində bu qərara gəliblər ki, COVİD-19 Uhandakı heyvan satılan bazardan yayılmayıb, əksinə, həmin bazar özü qurban rolunda oynayıb.
Uhan bazarındakı heyvanlar üzərində aparılan testlərin hamısı mənfi nəticə verib və beləliklə onların insanı yoluxdura bilməyəcəyi üzə çıxıb. Yoluxmanın yarasadan başqa bir heyvana daha sonra insana keçdiyi deyilsə də, dəqiq yoluxma yeri məlum deyil.
Corctaun Universitetinin professoru Kolin Karlson bildirib ki, Uhanda dəniz məhsulları və heyvan əti satılan bazar çoxlu sayda insanın yoluxmasına səbəb versə də, özü yoluxma mənbəyi olmayıb. Xəstəlik inkubasiya dövründən sonra başlandığına görə, həmin bazarın adı ilk mənbə kimi çəkilir.
Virusun süni şəkildə yaradılması barədə fikirlər o, Çin sədlərini aşdıqdan dərhal sonra yaranmağa başladı. Əvvəllər bu ittihamlar yüngül formada səslənsə də, son günlər külli miqdarda təzminat davaları iddiaları ilə qoşa səslənməkdədir.
May ayının əvvəlində ÜST-ün Çindəki nümayəndəsi Qoden Qalea bildirib ki, Çin rəhbərliyi virusun yaranma mənbəyinin araşdırılmasında iştirakdan imtina edib. Mayın 3-də "The Daily Telegraph" Avstraliya, Yeni Zelandiya, ABŞ, Kanada və Britaniya kəşfiyyat xidmətlərinin hazırladığı dosye əsasında Çini koronavirus barədə məlumatları məhv etməkdə günahlandırıb.
Pekin virusun yaranma mənbəyinin araşdırılmasına dair çağırışları böyük narazılıqla qarşılayır və bunu digər ölkələrin virusla mübarizədə uğursuzluğunu gizlətmək üçün fikri yayındırmaq məqsədi daşıdığını deyir.
Bizimyol.info / TurpKimi.com