Gündəlik geyim olan cins şalvarlardan istifadə etməyən yoxdur.
Cins parçalar uzun müddətli, davamlı olur. Buna baxmayaraq tez deformasiyaya uğrayır, genəlir və ya daralır.
TurpKimi.com daralmış cins şalvarları genəltməyin yollarını təqdim edir:
Bəzən əyninizə rahat olan şalvar yuyulduqdan sonra sizə dar gələ bilər. Bu şalvarı yuduğunuz temperaturdan asılıdır.
Dar cinslər üçün ən sadə üsul
Cins şalvarı düz bir yerə sərin. Bir sprey şüşəsini ilıq su ilə doldurun. Bu suyu cinsin üzərinə bolca püskürdün. Sonra cins şalvarın paçalarını yaşkən dartışdırın. Bu əməliyyatı ehtiyac duyduqca edə bilərsiniz. İşə yarayan bir başqa üsul isə dar gələn cinsinizi geyib su dolu vannanın içinə girməkdir. Suyun çox isti deyil, ilıq olmasına diqqət yetirin. Əyninizdən çıxartdığınız yaş cinsi heç bir üsul istifadə etmədən yalnız sərərək qurudun.
Genələn cinsi daraltmaq
Cins şalvarı isti su ilə yuduqdan sonra quruducuya atın və ən isti dərəcəni seçin. Yüksək istilik cins parçanın iplərini sıxlaşdıracaq və daraldacaq. Quruducunuz yoxsa, eyni təsiri fendən istifadə edərək də yarada bilərsiniz.
Yuyarkən diqqət yetirin!
Cins şalvar əyninizə gen gəlirsə, yəni böyük olarsa paltaryuyan maşını ən isti dərəcəyədək nizamlayıb yumaq ağılınıza gələcək ilk həll olmalıdır. Ancaq yumşaldıcıdan istifadə etməməlisiz. Pambıq parçadan tikilən cinslər isti suyun təsiri ilə daralacaq.
Vüsalə Əlövsətqızı, TurpKimi.com