Böyrək daşını düşürməklə bağlı yeni araşdırmanın müsbət nəticəsi...
Türkiyəli mütəxəssis, uroloq Dr.Tevfik Sarıkaya aparılan araşdırmaya görə, həftədə 4-5 dəfə cinsi əlaqədə olmaqla böyrəkdəki 5 millimetrə qədər olan daşın düşürmə şansının 80 faiz olduğunu bildirib.
Son zamanlar kişilərdə böyrək daşına tez-tez rast gəlinir. Dr.Sarıkaya bunun qidalanma vərdişlərindən qaynaqlandığını qeyd edib. Suyun az qəbul edilməsi, proteinli yeməklərlə qidalanmaq və çox duzlu yemək böyrəklərdə daşın yaranmasına səbəb olur. Türkiyəli mütəxəssis bildirib ki, ölçüsü 2 sm-dən böyük olan böyrək daşları əməliyyatla çıxarılır. Lakin 5 mm və ya 2 sm-ə qədər olan daşlar daşqırma əməliyyatıyla ovularaq bədəndən xaric edilir. Lakin ölçüsü 5 mm-dən kiçik olan böyrək daşlarına toxunulmur.
Ölçüsü 5 mm-ə qədər olan daşlar böyrəkdən sidik yolu ilə atıla bilir. Sidik kanalına düşən daş da ağrıya səbəb olur. Ağrı zamanı daş sidik yollarını tutaraq böyrəyi genişləndirir.
Belə ki Türkiyədə elm adamları 5 mm-lik böyrək daşlarını düşürməklə bağlı araşdırma aparıb. Araşdırma zamanı xəstələr 3 qrupa ayrılıb: 1-ci qrupda sadəcə ağrıkəsicilərlə 2 həftəlik müalicə müddəti seçilib. 2-ci qrupda daşların düşürülməsi üçün prostat dərmanlarından istifadə edilib. 3-cü qrupada olan xəstələrə isə həftədə 3-4 dəfə cinsi aktivlik yaşamaları məsləhət verilib. Əldə edilən nəticələrə görə, həftədə 3-4 dəfə cinsi yaxınlıq edən xəstələrdə böyrək daşını düşürmə göstəricisi 80 faiz olub. Prostat dərmanlarından istifadə edənlərdə 45 faiz, ağrıkəsicilərlə daş düşürən xəstələrdə isə göstərici 30 faiz müşahidə edilib.
Firuzə Alimova / TurpKimi.com