Cinsi əlaqənin heç bir məhsulun verə bilməyəcəyi təbii gözəllik təsirləri var.
ABŞ-da aparılan araşdırmaya görə, cinsi əlaqə zəka səviyyəsini artırır. Araşdırma zamanı orta yaşda olan siçanların beyinlərində cütləşdikdən sonra hüceyrə sayının artdığı müşahidə edilib.
Davamlı və müəyyən sıxlıqda cinsi əlaqədə olarkən beynin gücünü artırdığına işarə edən elm adamları belə bir açıqlama verib: “bu, zəkanı gücləndirir. Ancaq ağıllı olmaq üçün seks yeganə yol deyil. Beynin funksiyalarını inkişaf etdirməyin başqa yolları da var”.
Araşdırmada siçanlar cütləşməkdən uzaqlaşdırıldıqdan sonra onların beynində müsbət təsirlərin yoxa çıxdığı müəyyən olub. Mütəxəssislərə görə cinsi əlaqənin heç bir məhsulun verə bilməyəcəyi təbii gözəllik təsirləri var. Ən başlıcası insanda özünə inamın artmasıdır. Çünki ən vacib cinsi orqan beyin, sahib ola biləcəyiniz ən çəkici şey isə özgüvəninizdir.
Alimlərin araşdırmasına görə, cinsi münasibətdən sonra insanın əhvalı və hərəkətləri daha cəlbedici və inamlı olur. Başqa sözlə, cinsi münasibətin təsiri nəticəsində artan özgüvən hərəkətlərinizə yansıyır.
Təbii makiyaj təsiri – cinsi əlaqə, adətən təbii makiyajdır. Gündə 15 dəqiqə cinsi əlaqədə olmaq yanaqlarınızın təbii rəngində olmasına, dodaqlarınızın qızarmasına və dərinizin parlaq olmasına kömək edir. Çünki cinsi əlaqə zamanı həyəcanlanarkən genişlənməyə başlayan damarlar selikli qişaya təsir edərək dəriyə qırmızılıq və parıltı verir. Təsiri isə makiyajdan daha uzun müddətli olur.
Dəriyə təsiri – dərinizi günəşdən qorusanız belə, lazımi baxımı etmədiyiniz zaman dəridə quruma və dartınma olur. Lakin davamlı qan axını dəriyə lazım olan qidaları və oksigeni çatdıraraq qırışların və quruluğun yaranmasına mane olur. Bəs qan axının sürətləndirməyin və dərini gəncləşdirməyin ən əyləncəli yolu nədir? Təbii ki, cinsi əlaqə...
Saça təsiri – cinsi əlaqə saçlarınıza da müsbət təsir edir. Alimlər bildirir ki, bütün saç kökləri onları qidalandıran bir damara sahibdir. Yəni sağlam formada qan axını sağlam saçlar deməkdir.
Hərəkətdir - idman etmək üçün özünüzdə kifayət qədər həvəs oyada bilmirsinizsə, bədən quruluşunuzu qorumaq üçün tərəf müqabilinizə biz az vaxt ayırmanızda fayda var.
Rahatladır – üzdəki qırışların digər səbəbi narahatlıq və stresdir. Ancaq qırış əleyhinə olan heç bir krem sizi narahatlıqdan qurtara bilməz. Lakin cinsi əlaqə stres atmaq üçün ən güclü vasitədir. Nizamlı cinsi əlaqə uzun müddət rahatlıq yaradır. Hətta 3-20 dəqiqə aralıqda davam edən yaxınlığın da rahatladıcı təsiri gün ərzində üzərinizdə qalacaq.
Cavanlaşdırıcı təsiri – araşdırmalara görə, davamlı şəkildə cinsi həyatları olan insanlar olduqları yaşdan 2-8 yaş gənc görünürlər. Cinsi əlaqə bununla yanaşı infarkt, xərçəng və depressiyaya yaxalanma riskini də azaldır. Yəni sevdiyinizlə gözəl vaxt keçirməklə zamanı geri qaytarmanız mümkündür.
TurpKimi.com