Daha çox cinsi həyat yaşayan kimlərdir?
Cinsi davranışlarla bağlı fikirləriniz qarışıqdırsa, o zaman elm adamlarının ortaya qoyduğu tapıntılara nəzər salaq. Bunlar adətən bizim inandıqlarımızın tərsidir.
12 nəfərlə münasibət qurun – mükəmməl həyat yoldaşı seçmək üçün düzgün insanı seçmə şansımız tanış olduğumuz insanlarla birbaşa əlaqəlidir. Əlbəttə, 30 nəfərlə birlikdə olmaq aradakı tarazlığı nəzarətdən çıxarır. Lakin mütəxəssislər tarazlığın 12 nəfərlə tutula biləcəyini məsləhət görür.
Kişilər qadınların bədənindən çox üzünə baxır – Qadınlar soyunarkən bədənlərinin görünməsindən narahat olurlar. Alimlər kişilərin çılpaq qadın rəsminə baxarkən diqqətlərinin hara yönəldiyini müşahidə edib. Həmin an kişilərin əksəriyyətinin qadının üzünü incələdiklərini kəşf ediblər. Düzdür, kişilər bunu etdiklərinin fərqində olmaya bilərlər, amma bu gerçəkdir. Mütəxəssislərə görə bunun səbəbi qadınların üzündə ehtiraslandırma səviyyəsinin bədənlərindən daha aydın olmasıdır. Başqa sözlə, kişilərə qadının seksdən zövq alıb-almadığı onlar üçün maraqlıdır. Bu, qadının seksual görünməsindən daha vacibdir.
Ölçü həqiqətən vacib deyil – Kişilər əmin olsunlar ki, qadın üçün penisin böyüklüyü yataqda performans üçün əhəmiyyətli deyil. Mütəxəssislər bunu yüzlərlə könüllünün iştirak etdiyi araşdırmadan qaynaqlanaraq sübut edir.
Sevdiyinizin qoxusu görünüşündən daha vacibdir – Bir insan hər nə qədər cazibədar görünsə də, qoxusu cütlüklər arasındakı münasibətdə vacib amildir. Çünki burnunuz genetik modeli təyin etməkdə vacib vasitədir. Yəni bir insan sizin üçün xoş qoxursa, daha sağlam və güclü artım vəd edir.
Kişilər qadınlardan daha çox cinsi həyat yaşamırlar – Sadəcə bu mövzuda yalan danışmağı və şişirtməyi sevirlər. Qadınlar isə araşdırmalara görə, tam əksini edir və birlikdə olduqları insanların sayını azaldaraq danışır. Bunun səbəbi təxmin etdiyiniz kimi cəmiyyət və əxlaqdan qaynaqlanır.
Firuzə Alimova / TurpKimi.com