Cinsi həyatınızı necə inkişaf etdirə bilərsiniz? - Mütəxəssisindən AÇIQLAMA


Çoxlarını gizli olsa da bu sual maraqlandırır? "Seks həyatımı necə inkişaf etdirə bilərəm?" 

cinsi-heyatinizi-nece-inkisaf-etdire-bilersiniz
05.01.2020 23:19 4 dəq oxuma

TurpKimi.com xarici mediaya istinadən cinsi mövzular üzrə mütəxəssis, həkim Castin Lehmillerin (Justin Lehmiller) bəzi açıqlamalarını təqdim edir:

 Castin Lehmiller həyatın hər seqmentindən olan 4 mindən çox insanı əhatə edən  iki illik cinsi fantaziyalar üzərində araşdırmalar aparıb. Onun açıqlamaları məhz bu araşdırmaların nəticələrinə əsaslanır. Çoxlarını maraqlandıran suallar da bu araşdırmada cavabını tapır. 

1. Cinsi əlaqə neçə kalori yandırır?

Cinsi əlaqə zamanı yandırılan kalori, yəni itirilən enerji hərəkətlərə və cinsi əlaqənin müddətinə görə dəyişir.  2013-cü ildə   qadın və kişi arasında aparılan araşdırmaya görə, kişilər seks əsnasında ortalama 101 kalori, qadınlar isə 25 dəqiqəlik bir cinsi əlaqə  əsnasında ortalama 69 kalori yandırır. Bu, kişilər üçün dəqiqədə təxminən 4,2 kalori və qadınlar üçün dəqiqədə 3,1 kalori mənasını verir.

2. Cinsi əlaqə sağlamlığa faydalıdırmı? 

Araşdırmalar cinsi əlaqənin həm fiziki, həm də psixoloji olaraq xeyirli olduğunu  göstərir.

Fiziki fayda ilk növbədə kalori yandırmaqdadır. Bundan əlavə araşdırmalara görə,  orqazm olmaq immunitet sistemini xəbərdar edir.  Bu ovsunlayıcı təsir qismən orqazm olan kişilərdə prostat xərçəngi riskinin daha aşağı salır  və uzunömürlülüyün sirlərindən biridir.  

Ruh sağlamlığı baxımından isə cinsi əlaqə stresdən kənarlaşdırır. Cütlüklər cinsi əlaqədən dərhal sonrakı günlərini qarşılıqlı olaraq xoşbəxt keçirirlər. Bu artıq elmi cəhətdən də sübutunu tapıb. Üstəlik bu hal iş həyatına da müsbət təsir edir. İnsanlar cinsi əlaqənin səhəri günü işə xoş əhval-ruhiyyədə gəlirlər və daha stressiz bir iş günü keçirirlər.

Cinsi əlaqə beyin sağlamlığı üçün də faydalıdır.  Heyvanlar üzərində aparılan araşdırmalara görə cinsi aktivlik neyronların böyüməyi ilə əlaqələdir.  İnsanlar üzərində aparılan araşdırmalara görə isə  seks daha yaxşı yaddaş ilə əlaqələndirilir. 


 

3. Cütlüklər hansı sıxlıqla cinsi əlaqəyə girməlidirlər?

Gerçək budur ki, insanlar bir-birlərindən çox fərqli cinsi tezliklərə sahib ola bilərlər.

Bəziləri hər gün bunu istəyərkən, digərləri ildə yalnız bir neçə dəfə bunu etməyi özləri üçün kafi qəbul edir. 

 Çoxlu sekslə məşğul olmaq insanı heç də xoşbəxt etmir. 

 Əslində cinsəllik və xoşbəxtlik yalnız müəyyən bir nöqtəyə qədər bir-biri ilə əlaqəlidir. 

 Araşdırmaya görə, ideal seks həftədə təxminən bir dəfə olmaqdır. 

 Sekslə məşğul olmaq o demək deyil ki, siz özünüzü xoşbəxt hiss edəcəksiniz. 

 Özünüzə və qarşınızdakına edə biləcəyiniz ən yaxşı şey xoşbəxt olmaq üçün bədəninizi bol sekslə məşğul olmağa məcbur etməməkdir. Çünki, bu vəziyyət yaxşı nəticə vermir.
Qısası, siz və tərəfdaşınız yalnız sekslə məşğul olmaq istədiyiniz üçün bunu edin. 

4. İnsanlar nəyə görə cinsi əlaqəyə girər?

 İnsanlar müxtəlif səbəblərdən sekslə məşğul ola bilərlər. Aparılan araşdırmada gənclərə nəyə görə sekslə məşğul olmaqları haqda bir siyahı yazmaqlarını xahiş ediblər.  237 fərqli səbəb göstərilən siyahı hazırlanıb. 

Kişilər və qadınlar sekslə məşğul olmağın təxminən oxşar səbəblərini göstəriblər. Amma ortaq məxrəc zövq almaq olub.  

 Başqa bir deyimlə, seks üçün ən böyük motivasiya qaynağı adamın özünü yaxşı hiss etməsidir.

 Digər məşhur səbəblər arasında isə sevgini göstərmək və sevgini ifadə etmək, əylənmək və qarşısındakı ilə əlaqələri daha da inkişaf etdirmək olub. 

 Təqdim edilən nadir səbəblərdən bir dənəsi isə bir az qaranlıqdır. Araşdırma, bəzi insanların bir başqasına zərər vermək istədikləri üçün qarşı tərəflə sekslə məşğul olduğunu və bu yaşanan vəziyyətin zövq almaq məsələsindən  çıxaraq bir nöqtədən sonra hər iki tərəf üçün də psixoloji dağılmalara yol aça biləcəyini göstərib. 

Araşdırmalarda  özlərini cəzalandırmaq istədikləri üçün seksi seçdiyini deyən bəzi insanlar var.  Tərəfdaşına xəstəlik yoluxdurmaq üçün seksi seçənlər də az deyil. 

5. İdeal cinsi əlaqənin müddəti ortalama nə qədərdir?

Cinsi birlikdəliyin ortalama olaraq nə qədər vaxt aparacağı  bir dərəcəyə qədər-  "seks" kimi  saydığınız şeyə bağlıdır.

 İnsanlara görə dəyişir. 

Cinsiliyi yalnız penis və vagina əlaqəsi kimi  təyin edən insanlar üçün araşdırmalar təxminən 5-6 dəqiqə olduğunu göstərib. 

6. Normal insan nə qədər müddətdə boşalar?

 Heteroseksual qadınlar  (əks cinslə əlaqəni seçənlər) seksin hər dəfə  uzun müddət davam etdiyinin tərəfindədirlər. 

Qadınların orqazma çatması kişilərdən daha uzun çəkdiyi üçün qadınlar cinsi əlaqənin ümumiyyətlə iki qat daha çox vaxt davam etməsini istəyirlər. 

 Seks anlayışınızı ön sevişməni əhatə edəcək şəkildə genişlətsəniz, əlbəttə bu müddət daha da uzanacaq.

Tipik olaraq, insanlar cinsi əlaqə seanslarının ortalama 15-30 dəqiqə davam etdiyini söyləyirlər.

TurpKimi.com