Cinsi istəyi artıran 3 MEYVƏ və 2 İÇKİ


Cinsi istəyi artıran içkilərdəki əsas komponentlər nələrdi?

cinsi-isteyi-artiran-3-meyve-ve-2-icki
29.06.2021 14:21 2 dəq oxuma

Qadın-kişi münasibətlərinin davamlılığını təmin etmək üçün cinsi münasibətin vacib olduğunu unutmaq olmaz.

Partnyorunuzda lazım olan marağı oyada biləcək və cinsi istəyi yaradacaq içkilər vardır. Çünki həyatınızı paylaşdığınız partnyorunuzla hər zaman eyni olmaq və ya eyni şeyləri təkrarlamaq məcburiyyətində deyilsiniz. Bir sözlə, həyat yoldaşınızla keçirəcəyiniz hər gecə eyni səhnələr üzərində qurulmamalıdır.

Hazırlayacağınız bu içkilər isə çox sadədir və qan dövranınız yaxşılaşdırır, bədəniniz oyanır və seks hormonlarının yaranmasını sürətləndirir.

Cinsi istəyi artıran içkilərdəki əsas komponentlər:

Bəzi meyvələr vardır ki, yeyildiyində insanın cazibəsini artırır.  Həmin meyvələrdə hissləri stimullaşdıran və cinsi istəyə təşviq edən tərkib var.

ÇİYƏLƏK

Çiyələk cinsi istəyi oyandıran meyvələrin kraliçasıdı. Kiçik bir hissəsi belə sizdəki ehtirası oyandıracaq və bədənin istiliyini yüksəldəcək. Qırmızı rəngi və tərkibindəki C vitamini ilə libidonu artırdığı iddia edilir.

MANQO

Bu tropik meyvə cinsi istəyi oyandırmaqda ideal köməkçidir. Tərkibində cinsi hormonların bədənə yayılmasına kömək edən E vitamini var.

QARPIZ

Qarpız cinsi həyatınıza dəəstək olan digər mükəmməl bir meyvədir. Qarpız çox güclü bir afrodizyakdır. Tərkibində olan sitrülin qan damarlarını rahatladaraq güclü və qalıcı ereksiya yaradır.

RESEPT 1

- 1 çimdik hind qozu

- 1 stəkan qaragilə (100 q)

- 2 yemək qaşığı bal (40 q)

- 1 stəkan qatıq (245 q)

- Yarım stəkan yağsız süd (100 q)

Bütün bunları bir qaba töküb sürətlə qarışdırıb sonra için.

RESEPT 2

- 1 alma

- 2 kök

- 2 stəkan su

- 1 dəstə ispanaq yarpaqları

- 1 xörək qaşığı zəncəfil

Almanın qabığını soymadan kök ilə birlikdə doğrayın. İspanağın yarpaqlarını isə xırdalayın. Hamısını bir qaba töküb mikserdə yaxşıca qarışdırın. İstəsəniz içinə şəkər tozu və dadlandırıcı əlavə edə bilərsiniz. Buzla servis etmək olar.

Firuzə Alimova / TurpKimi.com

Dərc edilib: 09-08-2019