İstifadə yolları...
Xoş qoxusu ilə sağlamlığa faydalı olan jasmin bitkisinin ağ çiçəklərindən hazırlanan jasmin yağından danışacağıq. Afrodizyak təsirli bu yağ müxtəlif məqsədlər üçün də istifadə edilə bilər.
TurpKimi.com bildirir ki, jasmin yağı dəri və saça birbaşa istifadə edildiyi kimi, tənəffüs yolu ilə də rahatlanmağa kömək edir.
Təbii dərman rolunu oynayan bu yağ depressiyadan infeksion xəstəliklərə qədər onlarla narahatlığın müalicəsində istifadə edilə bilər.
-Aromaterapiya masajında istifadə olunur;
-Antibakterialdır;
-Antiseptik və dezinfeksiyaedicidir;
-Tərkibindəki komponentlər sayəsində çox təsirli mikroböldürücüdür və antiviral kimi tanınır;
-Yağın qoxusunu aldıqda tənəffüs yollarındakı infeksiyaları azaldır. Odur ki, jasmin yağı soyuqdəymə və öskürəyin qarşısını alır;
-Müxtəlif ağız mikroorqanizmlərinə qarşı mikrob əleyhinə təsir göstərir;
-Yaraların, dəridəki infeksiyaların sağalmasına müsbət təsir edir;
-İsti basmaları və depressiya kimi menopoz simptomlarını müalicə etmək üçün istifadə edilir;
-Jasmin yağını qoxuladıqda əhval-ruhiyyəni yaxşılaşdırır, romantik hisləri, müsbət enerjini artırır;
-Dəriyə sürtülən jasmin yağı ürək döyüntülərini, ideal bədən istiliyini və beynin funksiyalarını artırmağa kömək edir;
-Afrodizyak özəlliyi var, kişilərdə cinsi istəyi artırır. Belə ki, Hindistanda jasmin çiçəklərindən yeni evli cütlüklərin yataq otağını bəzəmək, romantik abu-hava yaratmaq üçün istifadə edilir;
-Dərinin nəm balansını tarazlaşdırmaq üçün çox faydalıdır;
-Antiseptik xüsusiyyətləri sayəsində eqzema və sədəf xəstəliyi kimi bir çox dəri xəstəliklərinin müalicəsində istifadə olunur;
-Saçı həm parladır, həm də nəmləndirir;
-Saçın köklərini qüvvətləndirir, quru və tez qırılan saçları sağaldır;
JASMİN YAĞINDAN İSTİFADƏ QAYDASI
Jasmin yağını birbaşa dəriyə istifadə etmək olar. Həmçinin tənəffüs yolu ilə də öskürəyin qarşısını almaq mümkündür.
Dərinin nəmləndirilməsi üçün əl lasyonlarına bir neçə damcı tökmək olar.
Əzələ ağrıları olanlar südün içinə bir neçə damcı jasmin yağı əlavə edərək ağrıyan yerlərinə sürtə bilər.
Jasmin yağı quru saç dərisinə birbaşa sürtüldükdə saçı və saç dərisini nəmləndirir.
Bir çay qaşığı jasmin yağı ilə 3 çay qaşığı zeytun yağı, badam yağı və üzüm tumunun yağı qarışdırılır. Yuyulmuş saçlara nəm barmaqlarla tətbiq edilir.
Firuzə Alimova / TurpKimi.com