Cinsiyyət orqanına sirkə sürtməklə bu problemdən qurtulmaq mümkündür


Necə istifadə etmək lazımdır?

cinsiyyet-orqanina-sirke-surtmekle-bu-problemden-qurtulmaq-mumkundur
27.04.2022 00:20 1 dəq oxuma

Qadın və ya kişi, fərq etmir, genital nahiyyəyə diqqət yetirmədikdə qaşınma, yanma, batma və pis qoxu kimi arzuolunmaz problemlərə səbəb olur.

Qeyd edək ki, cinsiyyət orqanlarımızın özünəməxsus təbii florası var, amma hərdən bu mühit pozula bilir. Belə ki, yararlı mikroorqanizmləri bakteriyalar əvəz edərək genital bölgədə xoşagəlməz hallar yarada bilir. Qaşınma, yanma, pis qoxu bunlardan bəziləridir. Xüsusilə də cinsi əlaqə və aybaşıdan sonra vaginal təmizlənməyə xüsusi əhəmiyyət verilməlidir.

Pis qoxu və axıntının qarşısını almaq üçün cinsiyyət orqanlarımız müntəzəm olaraq yuyulmalıdır. Lakin bu zaman seçdiyimiz sabunlar pH balansını poza bilər. Odur ki, həmin bölgəni təmizləyərkən antibakterial özəlliyi ilə seçilən alma sirkəsinə üstünlük verməkdə fayda var.

TurpKimi.com bildirir ki, alma sirkəsi təbii antibiotikdir və vaginal göbələklərin müalicəsində çox təsirli vasitədir. Çünki alma sirkəsi vaginanın pH səviyyəsini nizamlayır və göbələklərin çoxalmasının qarşısını alır. Bunun üçün bir stəkan suya 2 xörək qaşığı alma sirkəsi tökün və pambıqla batırıb vaginal bölgənizi silin.

Xəbərdarlıq olaraq qeyd edirik ki, əgər hanısa müalicə altında olsanız, bunu mütləq həkiminizlə məsləhətləşin.

Firuzə Alimova / TurpKimi.com